Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1069/2022 14.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı rayon Məhkəməsinin hakimi Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olan, Saatlı şəhəri H.Əliyev pr, bina 126, mənzil 14-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 21 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Saatlı rayonu ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Filialının Saatlı şöbəsinin balansında olan kabel keçən quyularının ümumilikdə 249 manat dəyərində üç ədəd çuğun qapaqlarını oğurlayaraq özgə əmlakını talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 21 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Saatlı rayonu ərazisində üç ədəd kanalzasiya quyularının çuğun qapaqlarını təkbaşına oğurlamış və həmin çuğun qapaqları 60 manat qarşılığında metalloma vermişdir. Əldə etmiş olduğu 60 manat pulu ərzağa xərcləmişdir. Heç bir yerdə işləmir, Saatlı şəhərində kirayədə yaşayır. Oğurladığı üç ədəd çuğun qapaqlarını dəyərinin 249 manat olması ilə razıdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs olu göstərdi ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazlrliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Filialının Saatlı şöbəsinin müdir əvəzi işləyir. Saatlı şəhəri, Nizami küçəsində və Saatlı rayonu Mollavaizli kəndi ərazisində yerləşən kabel keçən quyularının ümumilkdə üç ədəd çuğun qapaqlarının oğurlanması faktı aşkar edildikdən sonra bu barədə Saatlı RPŞ-yə ərizə ilə müraciət olunmuşdur. Hal-hazırda da oğurlanmış əşyaların ümumi dəyəri olan 249 manat pul Şəxs tərəfindən ödənilmədiyindən ondan şikayətçidir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş 03 dekabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazlrliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Filialının Saatlı şöbəsinin müdir əvəzi Zərərçəkmiş şəxs kabel keçən quyuların üç ədəd çuğun qapaqlarının oğurlanması faktı ilə bağlı Saatlı rayon Polis Şöbəsinə ərizə ilə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazlrliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Filialının Saatlı şöbəsinin 23 noyabr 2022-ci il tarixli, 02/378 nömrəli məktubuna əsasən üç ədəd çuğun qapaqların oğurlanması nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Filialının Saatlı şöbəsinə 249 manat ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsin nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 21 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Saatlı rayonu ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Filialının Saatlı şöbəsinin balansında olan kabel keçən quyularının üç ədəd çuğun qapaqlarını oğurlayaraq özgə əmlakını talamaqla zərər çəkmiş şəxsə ümumilkdə 249 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi yaranmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün səmimi etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona ictimai işlər növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək ictimai işlər növündə tənbeh gün ərzində dörd saatdan çox olmamalı və üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində gündə dörd saatdan çox olmamaqla bir yüz səksən saat müddətə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-1069/2022
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1069/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver