Məhkəmə qərarları › İş №3(055)-1072/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1072/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1072/2025 02.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 12 noyabr 2025-ci il tarixli EP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti 23760 ABŞ dolları məbləğində vəsaiti 20 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23760 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hesab edir ki, hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan da baxıla bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti 23760 ABŞ dolları məbləğində vəsaiti 20 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23760 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin xətaya görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunur. Materiala əlavə edilmiş İnternet Vergi İdarəsi kommersiya qrumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlar haqqında cədvəldən görünür ki, Saatlı rayon Gomuşçu kəndində yerləşən (VÖEN **********) «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti 04 iyul 2011-ci ildə dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin qanuni təmsilçisi X1r. Materiala əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə satıcı Такыбаев Бакыт Советбекович ilə «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. Materiala əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsindən və cədvəldən görünür ki, Saatlı rayon Gomuşçu kəndində yerləşən (VÖEN **********) «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" ASC vasitəsi ilə 23760 ABŞ dollarını Такыбаев Бакыт Советбекович-ə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh növündə cərimə cəzasının aşağı həddinin, yəni geri qaytarılmayan 23760 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi məbləğində cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Saatlı rayonu Gomuşçu kəndində yerləşən (VÖEN **********) «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 23760 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 4752 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar