Məhkəmə qərarları › İş №3(055)-1079/2022

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1079/2022

28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1079/2022 28.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs. Zərər çəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1988-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı şəhəri, M.Ağayev küçəsi ev 37-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 dekabr 2022-ci il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 22 noyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində sürücü Şəxs idarə etdiyi «MERCEDES BENZ C220» markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada X4 vurmuş, zərbənin təsirindən X1 təpə gicgah nahiyəsində yaralar, həmin proyeksiyada sıyrıq, sol gicgah-alın nahiyəsində, sol bud çanaq oynağının bayır səthində qançır əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 22 noyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində o idarə etdiyi «MERCEDES BENZ C220» markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq piyada X4 vurmuş, zərbənin təsirindən X5 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Hadisə özünün səhlənkarlığından olmuşdur. Törətdiyi əmələ görə peşmandır və məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 göstərdi ki, 22 noyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində sürücü Şəxs idarə etdiyi «MERCEDES BENZ C220» markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq onu vurmuş, zərbənin təsirindən o dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Şəxs ilə barışıq əldə etmiş ona dəyən ziyanı ödəmişdir və ondan şikayətçi deyildir. Ona görə də, bu halın nəzərə alınaraq Şəxs köməklik edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 10 dekabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Sabirabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 379 saylı rəyi ilə müəyyən edilmişdir ki, X3 müayinə zamanı aşkar olunmuş xəsarətlər- sol təpə gicgah nahiyəsində yaralar, həmin proyeksiyada sıyrıq, sol gicgah-alın nahiyəsində, sol bud çanaq oynağının bayır səthində qançır küt əşyanınəşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 22 noyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materialında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-nə verilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 noyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində sürücü Şəxs idarə etdiyi «MERCEDES BENZ C220» markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada X4 vurmuş, zərbənin təsirindən X1 təpə gicgah nahiyəsində yaralar, həmin proyeksiyada sıyrıq, sol gicgah-alın nahiyəsində, sol bud çanaq oynağının bayır səthində qançır əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş zərərin əvəzini ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar