Məhkəmə qərarları › İş №3(055)-1081/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1081/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1081/2025 21.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Cəbrayıl rayonunun Maralyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu Maralyan kəndində qeydiyyatda olan, Saatlı şəhəri, Xətai kücəsi, bina 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 21 noyabr 2025-ci il tarixli, MN № ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1170/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində ödənilməmiş 699 manat borc qalmışdır. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1170/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 4078 manat borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61 manat dövlət rüsumunu və 100 manat vəkil xidmət haqqını, cəmi 4239 manat pulu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Qeyd edilən icra sənədi 06 fevral 2024-cü ildə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Şəxs 4239 manat puldan bu günə qədər 3540 manat pulu tələbkarın xeyrinə ödəmiş, qalan 699 manat pulu isə sentyabr-oktyabr aylarında ödəyib qurtaracağına söz versə də borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Ona görə də Şəxs barəsində hazırki inzibati xəta haqqında protokolu tərtib etmiş, lakin bu gün borclu Şəxs qalan borcdan tələbkar Zərərçəkmiş şəxs xeyrinə 250 manatı ödəniş qəbzi ilə, 50 manatı isə kartla, ümumilikdə 300 manat ödəniş etmişdir. Qalan borcunu da dekabr ayının 4-nə qədər tam ödəyəcəyinə söz verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1170/2023 saylı icra sənədi üzrə olan 4239 manat borcundan Zərərçəkmiş şəxs xeyrinə 3540 manat ödəmiş, lakin Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayətlərə görə işdən azad edildikdən sonra onun maddi durumunda çətinlik yarandığından qalan 699 manat pulu ödəyə bilməmişdir. O, həmişə çalışmışdır ki, Zərərçəkmiş şəxs qalan borunu ödəməklə icra məmurunun qanuni tələblərini yerinə yetirsin, amma maddi imkanının olmaması, atasının vəfat etməsi, anansının ağır xəstə olması ilə bağlı olaraq qalan borcunu ödəyə bilməmişdir. Bütün bunlara baxmayaraq bu gün 699 manat borcundan Zərərçəkmiş şəxs xeyrinə 250 manatı ödəniş qəbzi ilə, 50 manatı isə bank kart hesabına ümumilikdə 300 manat ödəmiş, qalan 399 manat pulu da dekabr ayının 4-nə kimi tam ödəyəcəyinə söz verir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1170/2023 saylı icra sənədində göstərilən 4239 manat borcdan 3540 manatı onun xeyrinə könüllü şəkildə ödəməmişdir. Belə ki, onun yuxarı orqanlara və icra məmuruna etmiş olduğu çox saylı şikayətlərindən sonra Şəxs hər dəfə 200-300 manat ödəmiş, sonuncu dəfə 30 avqust 2025-ci ildə 600 manat pul ödəmiş, ümumilkdə isə bu günə qədər 3540 manat ödəmiş, qalan 699 manat pulu isə hissə-hissə olmaqla oktyabr ayında ödəyib qurtaracağına söz versə də, borcu ödəməmişdir. Bununla bağlı Şəxs barəsində icra məmuru hazırki inzibati xəta haqqında protokolu tərtib etdikdən sonra Şəxs bu gün 150 və 100 manat pulu ödəniş qəbzi, 50 manat pulu bank kart hesabı ilə, ümumilkdə 300 manat pulu onun xeyrinə ödəmişdir. Hazırda qalan borcun da tam ödənilməsini Şəxs tələb edir, əks təqdirdə məsuliyyətə cəlb edilməsini xahiş edir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər cəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs 600 manat, 150 manat və 100 manat pulu Zərərçəkmiş şəxs ödəmişdir. Belə ki, işin araşdırlan halları ilə müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1170/2023 saylı icra sənədində göstərilən 4239 manat borcdan 3540 manatı 2025-ci ilin noyabr ayınadək Zərərçəkmiş şəxs xeyrinə ödəmiş, bundan başqa, 21 noyabr 2025-ci il tarixində 150 və 100 manat pulu ödəniş qəbzi, 50 manat pulu bank kart hesabı ilə, ümumilkdə 300 manat pulu Zərərçəkmiş şəxs xeyrinə ödəmiş, qalan məbləgi isə dekabr ayının 4-nə qədər tam ödəyib qurtaracağına söz vermişdir. Belə olan halda icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxx 1989-cu il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar