Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1082/2022 19.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1991-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayon Hacıqasımlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 noyabr 2022-ci il tarixdə Saatlı rayon Hacıqasımlı kəndində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs qəsdən vuraraq onu döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onlara məxsus torpaq sahəsini şumlatdırmaq istədiyini görüb onun həmin torpaq sahəsindən çıxmasını tələb etmişdir. O, 19 noyabr 2022-ci ildə Zərərçəkmiş şəxs döyməmiş, aralarında sözlü mübahisə baş vermiş, mübahisə zamanı qarşılıqlı olaraq bir-birini təhqir etmişlər. Həmin vaxt Elyas onun üzərinə gəldiyindən sonuncunu itələmiş, lakin vurmamışdır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs 19 noyabr 2022-ci il tarixdə Saatlı rayon Hacıqasımlı kəndində torpaq mübahisə ilə bağlı yaranmış münaqişə zamanı yumruq və təpiklə onu vuraraq xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Şəxs 19 noyabr 2022-ci il tarixdə Saatlı rayon Hacıqasımlı kəndində torpaq mübahisə ilə bağlı yaranmış münaqişə zamanı əri Elyası yumruq və təpiklə vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, 19 noyabr 2022-ci il tarixdə Saatlı rayon Hacıqasımlı kəndində olarkən səs-küy eşidib çölə çıxmış və bu zaman Elyas və Mirfəridin sözlə mübahisə etdiklərini, ətrafa kənd sakinlərinin yığıldığını görmüş, lakin hadisə yerinə sonradan gəldiyindən Mirfəridin Elyası döydüyünü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 digər şahid X4 ilə eyniməzmunlu izahat verdi. İş materiallarına əlavə olunmuş 12 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin xx.xx.2022-ci il tarixli 371 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağ bauzun orta 1/3-də iç səthdə, sol budun yuxarı 1/3-də iç səthdə, sağ baldırın orta 1/3-də ön səthdə qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 19 noyabr 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 19 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin və şahidlərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Şəxs zərər çəkmiş şəxsi döymədiyini göstərsə də, bu hal iş materialları ilə təkzib olunur. Odur ki, məhkəmə Şəxs göstərdiyi yuxarıda qeyd olunan xüsusatları özünü müdafiə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır,yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-1082/2022
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1082/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver