Məhkəmə qərarları › İş №3(055)-1083/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1083/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1083/2023 26.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı rayonu Gomuşçu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq , məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 26 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(055)-1372/2019 saylı, 30 oktyabr 2020-ci il tarixli, 2(055)-968/2020 saylı və 19 yanvar 2021-ci il tarixli, 2(055)-1685/2020 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda qeyd edilən icra sənədləri üzrə ümumilikdə üzərində ödənilməmiş 12040 manat borc qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(055)-1372/2019 saylı, 30 oktyabr 2020-ci il tarixli, 2(055)-968/2020 saylı və 19 yanvar 2021-ci il tarixli, 2(055)-1685/2020 saylı icra sənədlərinin icrasını xəstəliyi ilə bağlı həyata keçirə bilməmişdir. Lakin, hazırda Bakı şəhərində şəkil çap edən işləyir və aylıq qazancı 400 manat olur. Buna baxmayaraq ona vaxt verilərsə icra sənədləri üzrə ümumilikdə hər ay 200 manat pulu tələbkarlara ödəyə bilər. Borca yönəldiləsi əmlakı yoxdur və 12040 manat manat pulu bir dəfəyə tələbkarlara ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Saatlı Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(055)-1372/2019 saylı qətnaməsi əsasında verilmiş 13 yanvar 2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs vurulmuş maddi ziyana görə 250 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 280 manat pul alınıb tələbkar X3 ödənilməlidir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(055)-968/2020 saylı qətnaməsi əsasında verilmiş 30 oktyabr 2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 7000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 7030 manat pul alınıb tələbkar X5 ödənilməlidir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(055)-1685/2020 saylı qətnaməsi əsasında verilmiş 19 yanvar 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 4700 manat pul alınıb tələbkar X6 verilməli və ödənilmiş 30 manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməlidir. İşdə olan 15 sentyabr 2022-ci il tarixli aktdan və borclu Şəxs 26 oktyabr 2022-ci il tarixli iltizamından görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs icra sənədləri üzrə borcunu qaytarmadığı halda məsuliyyət daşıyacağı izah edilmiş və Şəxs qeydiyyatda olduğu Saatlı rayonu Gomuşçu kəndində yerləşən evdə olarkən borclunun Sumqayıt şəhərində naməlum ünvanda yaşaması müəyyən edilməmişdir. İşdə olan Saatlı Rayon İcra və X1 X2 edilmiş məlumatdan görünür ki, Şəxs adına əmək haqqı olaraq 350 manat qeydiyyat aparılmış, onun sosial müavinət və pensiya alması barədə məlumat mövcud deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Saatlı Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(055)-1372/2019 saylı, 30 oktyabr 2020-ci il tarixli, 2(055)-968/2020 saylı və 19 yanvar 2021-ci il tarixli, 2(055)-1685/2020 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda qeyd edilən icra sənədləri üzrə ümumilikdə üzərində ödənilməmiş qalan 12040 manat pulu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 26 sentyabr 2023-cü il tarixdən saat 18:45 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar