Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1084/2022 21.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayon Azadkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 20 dekabr 2022-ci il tarixdə Saatlı şəhəri, M.P.Vaqif küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 20 dekabr 2022-ci il tarixli MN № ******* protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X6 göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 20 dekabr 2022-ci il tarixdə Saatlı şəhəri, M.P.Vaqif küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşları raportla Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, özünü tam təqsirli bilir, 20 dekabr 2022-ci il tarixdə Saatlı şəhəri, M.P.Vaqif küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X3 izahatında bildirdi ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşıdır. Şəxs 20 dekabr 2022-ci il tarixdə Saatlı şəhəri, M.P.Vaqif küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Ona görə də, Saatlı RPŞ-yə raportla müraciət etmiş və Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X1 və X10 digər X3nun izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 76 saylı aktın surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyətinin yoxlanılmasına dair müayinədən imtina etmişdir. Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 20 dekabr 2022-ci il tarixdən saat 22:15 dəqiqədə inzibati qaydada həbs olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində olan həbs etmənin əvvəli tutulduğu gündən, yəni 20 dekabr 2022-ci il tarixdən saat 22:15 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli tutulduğu gündən, yəni 20 dekabr 2022-ci il tarixdən saat 22:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Mirlətif Sadıqov Əsli ilə düzdür. Hakim Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-1084/2022
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1084/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver