Məhkəmə qərarları › İş №3(055)-1085/2022

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1085/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1085/2022 26.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1980-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Gomuşçu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 dekabr 2022-ci il tarixli MN ******* saylı protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 dekabr 2022-ci il tarixdə Saatlı rayon Gomuşçu kəndində işlətdiyi “Ariz” marketdə satışı qadağan olunmuş yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı maddələr satmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayon Gomuşçu kəndində işlətdiyi “Ariz” marketdə ərzaq malarının satışı ilə məşğuldur. Qarşıdan gələn yeni il bayramı ilə bağlı olaraq 19 dekabr 2022-ci il tarixdə işlətdiyi “Ariz” marketdə satışı qadağan olunmuş 9 blokdan ibarət 90 paçka yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı maddələr satarkən Saatlı rayon polis şöbəsinin əməkdaşları onun mağazasından həmin partlayıcı maddələri aşkar etmişlər və ona izah etmişlər ki, bununla əlaqədar onun barəsində inzibati qaydada müvafiq protokil tərtib ediləcəkdir. Hal-hazırda etdiyi əməldən peşmandır və bir daha belə hərəktlərə yol verməyəcəyinə söz verir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 19 dekabr 2022-ci il tarixdə Saatlı rayon Gomuşçu kəndində işlətdiyi “Ariz” marketdə satışı qadağan olunmuş yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı maddələr satmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində özünün etirafı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin tərkibi vardır və o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona aşağı həddə inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir, həmçinin də iş üzrə maddi sübut kimi Saatlı rayon Polis Şöbəsində saxlanılan 9 blokdan ibarət 90 paçka yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı maddələr müsadirə edilərək məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib üç yüz əlli manat məbləğdə cərimə edilsin. İş üzrə maddi sübut kimi 9 blokdan ibarət 90 paçka yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı maddələr məhv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar