Məhkəmə qərarları › İş №3(055)-1101/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1101/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1101/2023 03.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 2001-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 03 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 28 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Saatlı rayonu Mollavaizli kəndində qeyrirəsmi yaşadığı Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruqla qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayonu Mollavaizli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə bir ildən artıqdır tanış olmuşdur. Rəsmi nikahları olmasa da Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində qeyri-rəsmi münasibətdə olmuşlar. Son zamanlar Zərərçəkmiş şəxs Bakı şəhərinə getdikdən sonra aralarında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs Bakı şəhərindən evinə qayıtdıqdan sonra onunla söhbət etmək üçün 28 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Günayın yaşadığı evə getmiş, lakin həmin vaxt aralarında mübahisə yarandığından yumruqla Günayı vurmuşdur. Hal-hazırda da Zərərçəkmiş şəxs ilə barışmamışdır. Ona görə də, göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, bir ildən artıqdır ki, Şəxs ilə yaşadığı evdə qeyri-rəsmi münasibətdə yaşamışlar. Şəxs onu qısqandığı üçün aralarında yaranan mübahisələrə görə İmrandan ayrılaraq bir müddət Bakı şəhərində yaşamışdır. Saatlı rayonuna qayıtdıqdan sonra isə Şəxs bir neçə dəfə yaşadığı evə gələrək onu döymüşdür. Sonuncu dəfə yəni, 28 avqust 2023-cü il tarixdə gecə saat 22 radələrində İmran yenə də onun evinə gəlmiş, telefonuna baxmaq istəmiş, o isə buna etiraz etmişdir. Bununla əlaqədar aralarında yaranan mübahisə zamanı yaşadığı evin həyətində yumruqla başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Şəxs etmiş olduğu qanunsuz hərəkətlər barədə polisə şikayət etmişdir. Hal-hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Sabirabad rayon şöbəsinin 31 avqust 2023-cü il tarixli 290 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qulağın xarici seyvanının yuxarı 1/3-də, sol gözün tış hissəsində qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 28 avqust 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 22 sentyabr 2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı rayon polis şöbəsinin 03 oktyabr 2023-cü il tarixli, 19799 saylı arayışından görünür ki, Saatlı şəhəri M.Ə.Sabir küçəsi, ev 1-də yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 28 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Saatlı rayonu Mollavaizli kəndində qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla qəsdən döyərək fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı və zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 03 oktyabr 2023-cü il tarixdən saat 13:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar