Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1122/2023 06.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X3 iştirakı ilə xx xxxx 1976-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 06 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 18 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Səma” şadlıq sarayının qarşısında idarə edərkən ara məsafəsini saxlamadığından eyni istiqamətdə hərəkət zolağında olan “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 18 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Səma” şadlıq sarayının qarşısında spirtli içkinin təsiri altında, sürücülük hüququ olmadan “VAZ 2106” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onunla eyni hərəkət zolağında sola dönmək üçün dayanmış vəziyyətdə olan “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini görmüş, həmin vaxt qəzadan yayınmağa çalışmış, lakin avtomobili həmin avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə zamanı özü xəsarət almış, avtomobili əzilmiş, “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü və sərnişin xəsarət almasa da, avtomobilə maddi ziyan vurmuşdur. Hazırkı vaxtadək vurmuş olduğu ziyanı “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 ödəməmişdir. Ona görə də etdiyi əməldən peşman olmasının nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, 18 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində qardaşı oğlu X1 hüququnun olmasına baxmayaraq, etibarnamə olmadan ona məxsus olan “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Səma” şadlıq sarayının qarşısında idarə edərkən Şəxs tərəfindən idarə edilən “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə ümumilikdə 2636 manat maddi ziyan dəymiş və hazırki vaxtadək maddi ziyan ona ödənilməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını mahkəmədən xahiş etdi. Materiala əlavə edilmiş 18 sentyabr 2023-cü il tarixli, 172 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. Materiala əlavə edilmiş 30 sentyabr 2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Materiala əlavə edilmiş ziyan aktından görünür ki, “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2636 manat maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 18 sentyabr 2023cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Səma” şadlıq sarayının qarşısında idarə edərkən ara məsafəsini saxlamadığından eyni istiqamətdə hərəkət zolağında olan “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, 30 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib səkkiz yüz manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-1122/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1122/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver