Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-114/2024 01.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Zərər çəkmiş şəxsin nümayəndələri X4 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Saatlı şəhəri M.Müşfiq küçəsi, ev 13-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01 fevral 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(055)-1233/2017 saylı icra sənədinin və Saatlı rayon notariat ofisinin 21 noyabr 2022-ci il tarixli, 8İ 3420 nömrəli icra qeydinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(055)- 1233/2017 saylı icra sənədi üzrə bir nəfər uşağının saxlanması üçün hər ay ödəməli olduğu 70 manat alimenti mülki mühafizə polisində işləyərkən aldığı əmək haqqı ilə ödəmiş, lakin 2022-ci ilin noyabr ayında işdən çıxdıqdan sonra alimenti vaxtında ödəyə bilməmiş, 2023-cü ildə cəmi 120 manat aliment ödəmiş, nəticədə 860 manat ödənilməmiş aliment borcu qalmışdır. Saatlı rayon notariat ofisinin 21 noyabr 2022-ci il tarixli, 8İ 3420 nömrəli icra qeydi üzrə "xxxx" ASC-yə olan cəmi 2211,27 manat borcdan heç bir ödəniş etməmişdir. Belə ki, icra məmurunun qanuni tələblərinə əməl edə bilməməsinin səbəbi maddi vəziyyətinin ağır olmasıdır, ona 15-20 gün vaxt verilərsə alimentdən olan borcundan müəyyən qədər ödəniş edər, "xxxx" ASC-yə olan borcundan isə ödəniş etmək iqtidarında deyildir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X9 izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(055)- 1233/2017 saylı icra sənədi üzrə borclu Şəxs Sünarə adlı uşağının saxlanması üçün hər ay 70 manat məbləğində alimenti tələbkar X1 xeyrinə ödəməmişdir. Şəxs 2022-ci ilin oktyabr ayında 250 manat, 2023-cü ildə isə 120 manat aliment ödəmiş, qalan 860 manat alimenti ödəməmişdir. X5 həmin alimentin tam ödənilməsini icra məmurunun vasitəsi ilə Şəxs tələb etsə də, bu günə qədər heç bir ödəniş olmamışdır. Ona görə də, icra sənədinin icrasını tam icra olunmasını tələb edir, əks halda isə Şəxs şikayətçidir və onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi X6 zərər çəkmiş şəxsin digər nümayəndəsi X4 göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsin nümayəndələrini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(055)-1233/2017 saylı icra sənədi üzrə bir nəfər uşağın saxlanması üçün hazırki vaxtadək ödənməmiş qalan 860 manat alimenti X1 xeyrinə və Saatlı rayon notariat ofisinin 21 noyabr 2022-ci il tarixli, 8İ 3420 nömrəli icra qeydi üzrə cəmi 2211,27 manat borcun "xxxx" ASC-yə ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 01 fevral 2024-cü il tarixdən saat 12:45 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-114/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-114/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver