Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1143/2025 15.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 23 avqust 2001-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı şəhəri M.Ə.Sabir küçəsi, ev 7-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 oktyabr 2025-ci il tarixdə, saat 00:10-da Saatlı şəhəri H.Əliyev pr 157-də yerləşən “Aytac qadın geyimləri” mağazasının şüşəsini daşla sındırması və həmin vaxt mağazanın içərisində olan elektrik çaydanın zədələnməsi nəticəsində mağazanın sahibi Zərərçəkmiş şəxs ümumilikdə 400 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır və əvvəllər onunla münasibəti yaxşı olmuşdur. Onun mərhum bacısı Dərya ilə Sevdanın qızı Aytac uşaq yaşlarından rəfiqə olmuşlar. 4-5 ay bundan əvvəl bacısı Dərya Bakı şəhərində qəfil vəfat etmiş, həmin vaxt Sevdanın qızı Aytac da onun yanında olmuşdur. Aytacdan bacısının telefonunun şifrəsini öyrənmək məqsədi ilə 10 oktyabr 2025-ci il tarixdə, saat 00:10-da Saatlı şəhəri H.Əliyev pr 157-də yaşayan Zərərçəkmiş şəxs evinə getmiş, orada Sevda ilə danışmış, lakin Sevda onun sözlərinə əhəmiyyət vermədiyinə görə əsəbləşmiş və yerdən götürdüyü daş parçası ilə Saatlı şəhəri H.Əliyev pr 157-də yerləşən Zərərçəkmiş şəxs məxsus olan “Aytac qadın geyimləri” mağazasının şüşəsini sındırmış və həmin vaxt mağazanın içərisində olan elektrik çaydanına ziyan dəymişdir. Bundan sonra etdiyi hərəkətə görə Sevda ilə razılığa gələrək mağazanın sınmış şüşəsini bərpa etmiş və təzə elektrik çaydanı alıb vermişdir. Hazırda da etdiyi əməldən peşmançılıq hissi keçirir və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs 10 oktyabr 2025-ci il tarixdə, saat 00:10-da Saatlı şəhəri H.Əliyev pr 157-də yerləşən ona məxsus “Aytac qadın geyimləri” mağazasının şüşəsini sındırmasına, mağazanın içərisində olan elektrik çaydanını zədələməsinə və ünvanına nalayiq ifadələr deməsinə görə Saatlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda isə Şəxs bağışlayır və ondan şikayətçi deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını xahiş etdi və törədilmiş inzibati xətaya görə Şəxs qanunda nəzərədə tutulmuş cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs 10 oktyabr 2025-ci il tarixdə Saatlı RPŞ-nə ərizə ilə müraciət edərək Şəxs 10 oktyabr 2025-ci il tarixdə, saat 00:10-da Saatlı şəhəri H.Əliyev pr 157-də yerləşən ona məxsus “Aytac qadın geyimləri” mağazasının şüşəsini sındırmasını, mağazanın içərisində olan elektrik çaydanını zədələməsini, onu nalayiq ifadələrlə təhqir etməsini bildirmişdir. Qeyd olunan müraciət Saatlı RPŞ-nin “Törədilmiş və ya Hazırlanan Cinayətlər” barədə məlumatların qeydiyyatı kitabında 1435 nömrə ilə qeydə alınaraq araşdırılması ona həvalə edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs qeyd olunan qanunsuz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs 400 manat ziyan dəymişdir. Beləliklə, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. Lakin, həmin qərarın nəticə hissəsində Zərərçəkmiş şəxs dəymiş ziyan 400 manat əvəzinə, texniki səhv olaraq 1400 manat yazılmışdır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTBnə verilməsi qərara alınmışdır. Həmçinin həmin qərarın əsaslandırıcı hissəsində Şəxs tərəfindən mağazanın şüşəsinin sındırılması, mağazanın içərisində olan elektrik çaydanın zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyan 400 manat göstərilmiş, lakin qərarın nəticə hissəsində ziyanın məbləği 1400 manat yazılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Hüseynoğlu” Saatlı mağazası tərəfindən verilmiş arayışdan görünür ki, məişət əşyası olan “Gorenje” K17BK markalı çaydanın “Hüseynoğlu” Saatlı mağazasında satış qiyməti 50 (əlli) manat təşkil edir . Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 oktyabr 2025-ci il tarixdə, saat 00:10-da Saatlı şəhəri H.Əliyev pr 157-də yerləşən “Aytac qadın geyimləri” mağazasının şüşəsini daşla sındırması, mağazanın içərisində olan elektrik çaydanını zədələməsi nəticəsində mağazanın sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 400 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə razılşaşırıq mağazanın sınmış şüşəsini bərpa etmiş, təzə elektrik çaydanı alıb vermişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməsi nəzərədə tutulmuşdur. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanın məbləği 400 manat olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 oktyabr 2025-ci il tarixli qərarla müəyyən edildiyi üçün məhkəmə həmin məbləği zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-1143/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1143/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver