Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-1156/2025 04.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı Rayon Məhkəməsinin hakimi Abuşov İxtiyar Əliyar oğlu Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, Müəyyən etdim: Saatlı rayon Polis Şöbəsinin DYB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 30 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs tərəfindən 13 iyun 2025-ci il tarixdə “QAZ 33021 YÜK” markalı ** VF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 manat cərimə olunması barədə EQ 28537661 nömrəli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında materialı nəzərdən keçirib hesab edirəm ki,inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. İşin baxılmağa hazırlanması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatı ilə müəyyən olundu ki, Şəxs xx xxxx 2004-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində doğulmuş və Ağdam şəhəri, H.Aslanov küçəsi, ev 31-də qeydiyyatdadır. Buradan da görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə toplanmış material baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən belə hesab edirəm ki, Ağdam şəhəri, H.Aslanov küçəsi, ev 31-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 30 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Ağdam şəhəri, H.Aslanov küçəsi, ev 31-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 30 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(055)-1156/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-1156/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver