Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1158/2023 23.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1993-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Mircəlalkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 23 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 sentyabr 2023cü il tarixdə Saatlı rayonunun Mircəlalkənd kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə zamanı sonuncunu qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayonunun Mircəlalkənd kəndində yaşayır, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs ilə həmkəndlidir. 22 sentyabr 2023-cü il tarixdə atasına məxsus avtomobillə həmkəndliləri Tural, Yadigar, əmisi oğlu Fəqani və Bakı şəhərindən qonaq gəlmiş Ruslan adlı şəxslə balıq ovundan geri qayıdarkən avtomobilin yan şüşələrindən çölə çıxmış qarmaqların yolun kənarında olan ağaclara dəyib qırılmaması üçün avtomobilini əks yola çıxarsa da, sonradan öz yoluna qayıtmışdır. Bu vaxt əks istiqamətdə avtomobil ilə hərəkətdə olan həmkəndlisi Namiq ona əks istiqamətdə çıxmasını irad bildirmiş o isə öz növbəsində buna görə Namiqdən üzrxahlıq etmişdir. Lakin Namiq onun ünvanına nalayiq ifadələr işlədərək söyüş söymüşdür. Bundan sonra o, avtomobildən düşərək Namiqin avtomobilinə yaxınlaşmış, Namiq də avtomobildən düşən zaman sonuncunu vurmuşdur. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Saatlı rayonu Mircəlalkənd kəndində yaşayır. Şəxs həmkəndli kimi tanıyır. 22 sentyabr 2023-cü ildə saat 22 radələrində özünə məxsus avtomobillə kənd mərkəzindən yaşadığı evə gələrkən əks istiqamətdə hərəkətdə olan avtomobil onun yoluna çıxmış, bu zaman o, avtomobilini saxlayaraq həmin avtomobilin sahibinə irad bildirərkən sonuncunun həmkəndlisi Şəxs olduğunu bilmişdir. Bundan sonra Yusif avtomobildən düşərək ona tərəf gəlmiş, o da avtomobildən düşdükdən sonra Yusif onun çənə və burun nahiyəsindən yumruqla vurmuş, nəticədə xəsarət almışdır. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 23 sentyabr 2023-cü il tarixli 308 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər burnun belində qançır, burnun tinində, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol bazu oynağının ön səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 22 sentyabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Saatlı Rayon Polis Şöbəsinin 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı Rayon Polis Şöbəsinin 23 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 22 sentyabr 2023-cü il tarixdə, saat 22 radələrində Saatlı rayonu Mircəlalkənd kəndi ərazisində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən döyərək, sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını və son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məısuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-1158/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1158/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver