Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1190/2025 17.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi (bundan sonra - AR DİN BDYPİ) tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/ 32443410 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 (dörd yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli EQ/ 32443410 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-MN-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Həmin avtomobilin sahibi oğlu X4r. Barəsində tərtib olunan EQ/ 32443410 nömrəli, 05 dekabr 2025-ci il tarixli qərarda göstərilir ki, 05 dekabr 2025-ci il tarixdə saat 11:18:32-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, qeyd edilən iki inzibati xəta haqqında qərardan görünür ki, fota və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməkliyi ilə qeydə alınmışdır. Həmin xətaların fota və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməkliyi ilə qeydə alınmasına baxmayaraq bunu təsdiq edən elektron qərar və onun əlavəsi (fota və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində menim internet informasiya resursunda yaradılan elektron kabinetində yerləşdirilməmişdir. Buna görə də məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Normanın məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydad inzibati iş üzrə icraat yalnız bilavasitə həmin maddədə müəyyən edilmiş inzibati xətalar üzrə aparıla bilər. Ona istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərədə tutulumş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeyd alınan inzibati xəta olmadığından onun iştirakıyla müvafiq araşdırma aparılmadan birbaşa elektron qərarlar qəbul edilməsi qanunsuzdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış etmiş və əlavə olaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə də, o avtomobil idarə etməmişdir. Həmin vaxt avtomobili oğlu X6 idarə etmişdir. Lakin oğlu ona avtomobili idarə etmək üçün etibarnamə verdiyindən, sonuncu etibarnamə verilən şəxs kimi cərimə ona yazılmışdır. Bir daha bildirir ki, “Mersedes Benz 190 minik” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən deyil, məhz oğlu X6 tərəfindən idarə edilmişdir. Bu halı təsdiqləyən müvafiq sənədlər məhkəməyə hal-hazırda təqdim olunur. Odur ki o, şikayət ərizəsinin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, orqanın nümyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Mersedes Benz 190” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, idarə etmişdir. Belə ki, o, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisidir, lakin atası İldara avtomobil idarə etmək üçün etibarnamə vermişdir. İnzibati xəta törədilən vaxtı da, inzibati xəta elektron qaydad aşkar olunmuş və sonuncu etibarnamə verilmiş şəxs kimi İldar inzibati tənbeh verilmişdir. Bildirir ki, İldar Xeybərovun baş verən inzibati xəta ilə heç bir əlaqəsi olmamışdır. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 32443410 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda İldar Xeybarovun avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 332.3-cü maddələri ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AR DİN BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən X1 xx.xx.2025-ci il tarixində, saat 11:18:32-də Saatlı rayonu H.Əliyev prospektində “Mersedes Benz 190” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, barəsində AR DİN BDYPİ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, xx.xx.2025-ci il tarixdə “Mersedes Benz 190” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən deyil, məhz X6 tərəfindən idarə edilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində izahatı alınmış X9 İldar Xeybarovun dediklərini təsdiqləyərək xx.xx.2025-ci il tarixdə Saatlı rayonu H.Əliyev prospektində inzibati xətanın törədilməsi zamanı “Mersedes Benz 190” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özünün idarə etməsini, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olmasını, İldar Xeybarova avtomobili idarə etmək üçün etibarnamə verdiyini və İldar Xeybarovun baş verən inzibati xəta ilə heç bir əlaqəsinin olmamasını bildirmişdir. Lakin yuxarıda qeyd olunan hallar araşdırılmadan, xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xəta zamanı “Mersedes Benz 190” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi dəqiqləşdirilmədən, X1 inzibati icraat zamanı iştirakı təmin edilmədən, izahatı alınmadan barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixli, EQ/ 32443410 saylı inzibati xəta haqqında qərarla şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2025-ci il tarixli, EQ/ 32443410 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ/32443410 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. AR DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 32443410 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-1190/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1190/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver