Məhkəmə qərarları › İş №3(055)-1217/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1217/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1217/2023 07.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə Gəncə şəhər X11 Şöbəsinin polis kapitanı X2 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Gəncə şəhər X11 Şöbəsinin polis kapitanı X2 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 izahatında göstərdi ki, Saatlı rayonu Musalı kəndində yaşayır və avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 27 avqust 2023-cü il tarixdə, saat 13:17-də Gəncə şəhəri Atatürk prospektində etibarnamə əsasında idarə etdiyi “BMW” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili park etmək üçün sola dönüb saxladıqdan sonra yol polis əməkdaşı ona yaxınlaşaraq yol hərəkəti qaydalarını pozmasına, yəni üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmə qaydalarını pozmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Həmin vaxt o, polis əməkdaşına qayda pozuntusu ilə bağlı yol kənarında qadağanedici yol nişanın olmamasını və yolda üfüqi xəttin olmamasını demiş, lakin polis əməkdaşı ona heç bir izah verməmişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, həmin yol hərəkəti qaydalarını pozması ilə bağlı barəsində tərtib edilmiş 27 avqust 2023-cü il tarixdə İPX ******* saylı inzibati xəta haqqında protokol əsasında o, 09 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. O, həmin qərarı 25 oktyabr 2023-cü ildə qəbul etmiş və tanış olduqdan sonra qərarın ləğvi barədə məhkəməyə şikayət etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb barəsində olan Gəncə şəhər X11 Şöbəsinin polis kapitanı X2 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətində qeyd etdiyi xüsusatlara, yəni Gəncə şəhəri Atatürk prospektində üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmə qaydalarını pozmamasına dair əsaslandığı yol kənarında qadağanedici yol nişanın olmamasını və ya yolda üfüqi xəttin olmamasını təsdiq edən foto və video görüntüləri sübut olaraq məhkəməyə təqdim edə bilməmişdir. Gəncə şəhər X11 Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Gəncə şəhər DYP şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Gəncə şəhər X11 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş AE 822504 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, 10 avqust 1997-ci ildə doğulmuş X1 07 avqust 2019-cu ildən 07 avqust 2029-cu ilədək “BC” katiqoriyasında nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş 27 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 10 avqust 1997-ci ildə doğulmuş X5 27 avqust 2023-cü il tarixdə, saat 13:17-də Gəncə şəhəri Atatürk prospekti 251 ünvanında etibarnamə əsasında “BMW” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulan (üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması) inzibati xətanın törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Gəncə şəhər X11 Şöbəsinin polis kapitanı X2 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Gəncə şəhər X11 Şöbəsinin 06 sentyabr 2023-cü il tarixli, 3-13-57-s/2-4884/2023 saylı məktubundan görünür ki, X3 izah edilmişdir ki, barəsində tərtib edilmiş İXP ******* saylı elektron protokolda göstərilən qayda pozuntusunun video görüntüsü ona təqdim edilə bilər, eyni zamanda protokoldan narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında baxış keçirilməklə “Google Chrome” internet portalından əldə edilərək işə əlavə edilmiş foto şəkildən görünür ki, Gəncə şəhəri Atatürk prospekti 251 ünvanında nəqliyyat vasitələrinin idarə edilməsi üçün magistral yolda düzünə hərəkət nəzərdə tutulmuşdur. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Gəncə şəhər X11 Şöbəsinin polis kapitanı X2 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında öz təsdiqini tapmışdır. X5 isə barəsində tərtib edilmiş TP ******* saylı inzibati xəta haqqında qərarın əsassız olmasını yol kənarında qadağanedici yol nişanının və yolda üfüqi xəttin olmaması ilə əlaqələndirsə də, bu hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmasına dair şübhələrin yaranması üçün əsas deyildir. Çünki, şikayətçi X5 idarə etdiyi avtomobili yolun sağ hissəsindən sol hissəsinə dönməsinə icazə verən və yaxud həmin hərəkəti qadağan edən yol nişanlarını və yolda üfüqi xəttin olmamasını təsdiq edən hər hansı sübutu (foto şəkili və ya video görüntünü) məhkəməyə təqdim etməmişdir. Halbuki, şikatəçinin məhkəməyə təqdim etdiyi Gəncə şəhər X11 Şöbəsinin 06 sentyabr 2023-cü il tarixli, 3-13-57-s/2-4884/2023 saylı məktubunda ona izah edilmişdir ki, barəsində tərtib edilmiş İXP ******* saylı elektron protokolda göstərilən qayda pozuntusunun video görüntüsü ona təqdim edilə bilər. Şikayətçi isə bu hüququndan istifadə etməmişdir. Həmçinin də, məhkəmə iclası zamanı “Google Chrome” internet potalından əldə edilərək işə əlavə edilmiş foto şəkillə də müəyyən edilmişdir ki, inzibati xətanın baş verdiyi Gəncə şəhəri Atatürk prospekti 251 ünvanında olan magistral yol düzünə hərəkət üçün nəzərdə tutulmuşdur. Buradan görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Gəncə şəhər X11 Şöbəsinin polis kapitanı X2 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Gəncə şəhər X11 Şöbəsinin polis kapitanı X2 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğu üçün, X1 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 Gəncə şəhər X11 Şöbəsinin polis kapitanı X2 qəbul etdiyi 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar