Məhkəmə qərarları › İş №3(055)-1226/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1226/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1226/2023 13.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1983-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Qırağlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13 noyabr 2023-cü il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 19:45 radələrində sürücülük hüququ olmadan «VAZ 2106» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Saatlı şəhəri, H.Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydalarını pozmuş, Şəxs avtomobili öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X1 idarə etdiyi «Chevrolet Malibu» markalı **-HN- *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o 12 noyabr 2023-cü il tarixdə saat 19:45 radələrində sürücülük hüququ olmadan «VAZ 2106» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Saatlı şəhəri, H.Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydalarını pozmuş və onun avtomobili öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X1 idarə etdiyi «Chevrolet Malibu» markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin onun və X1 idarə etdiyi avtomobillərə maddi ziyan dəymişdir. Hal-hazırda zərər çəkmiş şəxs X3 ondan şikayətçi deyildir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq ona köməklik olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 19:45 radələrində sürücülük hüququ olmadan «VAZ 2106» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Saatlı şəhəri, H.Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydalarını pozmuş, Şəxs avtomobili onun idarə etdiyi «Chevrolet Malibu» markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi deyildir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 noyabr 2023-cü il tarixli yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «VAZ 2106» markalı **-BX-*** dövlət nömrə nişanlı və «Chevrolet Malibu» markalı **-HN- *** dövlət nömrə nişanlı avtomobillərə maddi zərər dəymişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 13 noyabr 2023-cü il tarixli Əlillik haqqında arayışından görünür ki, Şəxs birinci dərəcəli əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 19:45 radələrində sürücülük hüququ olmadan «VAZ 2106» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Saatlı şəhəri, H.Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydalarını pozmuş, Şəxs avtomobili öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X1 idarə etdiyi «Chevrolet Malibu» markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, İ qrup əlil olmasını, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 06:304, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar