Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1244/2025 15.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Gokus Neslihanın iştirakı ilə xx xxxxxx 1964-cü ildə Sabirabad rayonu Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 03 noyabr 2025-ci il tarixdə saat 15 radələrində Saatlı rayonunun Fətəlikənd kəndində mübahisə zamanı Gokus Neslihanı qəsdən vuraraq döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, zərərçəkmiş şəxsin nümayəndəsi olduğu "xxxx" MMC ilə müqavilə əsasında şərikli pambıq əkir. 03 noyabr 2025-ci il tarixdə pambığın yığılıb Sabirabad rayonu Qalağayın kəndində yerləşən "xxxx" MMC-yə təhvil verilməsi üçün fəhlələr tapıb yük avtombilinə yığmağa başlayarkən həmin yerə Gokus Neslihan gəlmiş və avtomobildən çəkiliş etməyə başlamışdır. Daha sonra, avtomobildən düşərək çəkilişi davam etdirərək onların pambığı oğurladığını bildirmişdir. O isə pambığı oğurlamadığını, əgər istəyirsə bununla bağlı qanuni şəkildə müraciət edə biləcəyini bildirmişdir. Daha sonra, Gokus Neslihan onları təhqir etməyə başlamış, o isə çəkilişi dayandırmağını tələb etmişdir. Həmin anda telefon Gokus Neslihanın əlindən düşmüşdür. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Gokus Neslihan izahatında göstərdi ki, "xxxx" MMC-nin nümayəndəsidir. O, Şəxs tanımır. Tofiq və Səlim adlı şəxsləri tanıyır. Tofiq adlı şəxsin pambığı başqa şirkətlərə satmasından şübhələndiyi üçün Tofiqi izləyərək Şəxs olduğu və pambığın yığıldığı əraziyə gəlmişdir. Əraziyə gələrkən çəkiliş etməyə başlamış, çəkiliş zamanı Şəxs onun üzərinə hücum çəkmiş, onu sifətindən vuraraq itələmiş, sonra telefon əlindən düşmüş və yerə yıxılmışdır. O, yerə yıxılıb qalxdıqdan sonra Şəxs yenidən ona hücum çəkmiş, təhqir etmiş və hədə-qorxu gəlmişdir. Hadisədən sonra polisə şikayət etmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid izahatında göstərdi ki, o, sürücü işləyir. Həm Şəxs, həm də Gokus Neslihanı tanıyır. Hadisə baş verən gün o da həmin ərazidə olmuşdur. Gokus Neslihanın həmin yerdə çəkiliş etdiyini, Şəxs Gokus Neslihana çəkilişi dayandırmasını bildirdiyini və Şəxs çəklişin qarşısını almaq üçün əliylə telefona vurduğunu görmüşdür. X2 həmin vaxt orada nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı onlar bir-birlərini vurmamış və xəsarət yetirməmişlər. O, mübahisə bitdikdən sonra onların yanından çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə, material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 05 noyabr 2025-ci il tarixli 210 saylı rəyindən görünür ki, Gokus Neslihanda müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağ yanaq proyeksiyasında, boynun sol yan səthində, sol körpücükaltı nahiyədə qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş videogörüntüdən görünür ki, Şəxs Gokus Neslihanın üzərinə hüsum edərək onunla mübahisə etmiş, mübahisə zamanı əlində olan telefonla ona vurmuş, daha sonra əliylə onu itələmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, videogörüntü, tərtib edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Şəxs zərərçəkmiş şəxsi döymədiyini göstərsə də, bu hal iş materialları ilə təkzib olunur. Odur ki, məhkəmə Şəxs göstərdiyi yuxarıda qeyd olunan xüsusatları özünü müdafiə kimi qiymətləndirir, Şahid izahatını isə Şəxsla birlikdə fəaliyyət göstərdikləri üçün onun inzibati məsuliyyətdən yayınmasına köməklik etməsi kimi qiymətləndirir və şahidin izahatını sübut növü kimi nəzərə almır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-1244/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1244/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver