Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1250/2025 18.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, aatlı rayonu Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 26 oktyabr 2025-ci il tarixdə Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 26 oktyabr 2025-ci il tarixdə Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Şəxs izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Əhmədbəyli kəndində yaşayır. Həm onun, həmdə Zərərçəkmiş şəxs ikinci ailəlikləridir. Ailə qurduqları vaxtdan onların aralarında mübahisə olmuşdur. Mübahisələrinin səbəbi Zərərçəkmiş şəxs ona qarşı atmacalı sözləri, ilk həyat yoldaşından söz etməsi olmuşdur. 26 oktyabr 2025-ci il anası Şəhla Nuriyeva və baldızı Nəcibə Soltanova ona zəng edib evdə Baharla qızı Gülay Nuriyevanın mübahisə etdiyini demişlər. Təxminən saat 17 radələrində yaşadığı evə gəlmişdir. Bahar əvvəllər yaşadığı evə getmək istədiyini, lakin onunla getməyəcəyini deyib evdən çıxmaq istəmişdir. O, da onu məcbur edib qolundan tutub maşına oturtmaq istəmişdir. Lakin Bahar ona müqavimət göstərib getməmiş, yayınmışdır. Pilləkəndən aşağı düşürərkən onu məcbur edib maşına apararkən Bahar bir neçə dəfə yerə yıxılmışdır. O, da pilləkənə qədər onu yerdə sürüyüb aparmış, sonra Bahar ayağa qalxmış məcbur edib onu maşına otuzdurmuşdur. Baharı tutub dartarkən qoluna bir neçə dəfə sillədə vurmuşdur. Bahar maşına oturduqdan sonra onu əvvəllər yaşadığı Biləsuvar rayaonu Xırmandalı kəndinə anasının evinə aparıb geri qayıtmışdır. O, Baharı döyməmişdir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxslə ailə qurduğu ilk vaxtlardan onunla mübahisələri olmuş, onu dəfələrlə döymüşdür. Şəxs anası Şəhla Nuriyeva və ilk evliliyindən olan qızı X2 onunla qərəzli münasibət saxlamış, mübahisələrə səbəb olmuşlar. O, həmin evə gəldikdən sonra bütün ağır ev işlərini ona gördürüb, ona qarşı normal münasibət göstərməmişlər. xx.xx.2025-ci il tarixdə Şəxs yenədə onunla mübahisə etmiş, mübahisəyə səbəb onun qızı Gülayla mübahisə etməyi olmuşdur. Həmin vaxt Şəxs evdə deyildir. Bu söz-söhbət barədə Şəxs zəng edib demişdir. Şəxs Şəhla Nuriyevaya zəng edib söz-söhbəti dəqiqləşdirmişdir. Sonra saat 18 radələrində evə gəlmiş, 20 radələrində söhbət açılmışdır. Şəxs Gülaya 1 sillə vurmuşdur. Daha sonr Məhəbbət onun üzərinə gəlib onu divara söykəmiş, üzünə tüpürərək boynundan yumruq, üzünə sillələr vurmuş, ayaq nahiyələrini təpikləməyə başlamışdır. Onu çiynindən tutub yerə yıxmış, daha sonra çiynindən tutaraq yerdə onu sürümüş bədəninin müxtəlif nahiyələrinə yumuq təpiklə vurmağa davam etmişdir. Buna görə də Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 18 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 31 oktyabr 2025-ci il tarixli 206 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. Müayinə zamanı aşkar edilmiş xəsarətlər- sol yanaq proyeksiyasından, sol bazunun orta 3/1-də iç səthdə, sağ baldırın aşağı 3/1-də ön səthdə, sol baldırın orta 3/1də bayır səthdə qançırlar küt əşyanın/əşyaların təsirindən əməl gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-1250/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1250/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver