Məhkəmə qərarları › İş №3(055)-127/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-127/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-127/2023 03.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakimi Sadıqov Mirlətif Süleyman oğlu, Saatlı Rayon Əmək və Məşğulluq Mərkəzinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmədə baxılmağa hazırlayarkən, Müəyyənetdi: Məhkəməyə daxil olmuş *7 yanvar 2022-ci il tarixli İXP 5*65908 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayon Əmək və Məşğulluq Mərkəzi mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Saatlı Rayon Polis Şöbəsinin DYPB-nin sorğusunu aldığı vaxtdan 5 gün müddətində cavablandırmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin *00.*, *00.*.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. İnzibati Xətalar Məcəlləsinin *09.*.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. İşdə olan Saatlı Rayon Məhkəməsinin *7 yanvar 2023-cü il tarixli, 3(055)-*27/2023 saylı qərardadından görünür ki, Saatlı rayon Əmək və Məşğulluq Mərkəzinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material İXM-nin müvafiq maddələrinə əsasən geri qaytarılsa da, səlahiyyətli orqan məhkəmə qərardadında göstərilən nöqsanları aradan qaldırmadan inzibati xəta haqqında materialı təkrarən məhkəməyə göndərmişdir. Beləliklə, iş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Saatlı rayon Əmək və Məşğulluq Mərkəzi barəsində Saatlı rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında *7 yanvar 2022-ci il tarixli, İXP 5*65908 nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barədə məlumatlar, xətanın törədildiyi yer və vaxt göstərilmədiyindən, həmçinin təqdim edilmiş materiallar natamam olduğundan(ümumiyyətlə, Saatlı rayon Əmək və Məşğulluq Mərkəzi adlı hüquqi şəxsin mövcud olub-olmaması dəqiqləşdirilməmiş) və bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 20*9-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *28-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin *09-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin *00, *09-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Saatlı Rayon Əmək və Məşğulluq Mərkəzi barəsində Saatlı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş *7 yanvar 2022-ci il tarixli, İXP 5*65908 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar