Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-135/2024 27.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nərman oğlunun iştirakı ilə Saatlı rayonu Gomuşçu bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01 fevral 2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Saatlı rayonu Gomuşçu Bələdiyyəsinin sədri Şəxs Gomuşçu bələdiyyəsinin mütləq təqdim edilməli olan 15 yanvar 2024-cü il tarixli, 01 nömrəli iclas protokolunun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə vaxtında təqdim etməmişdir. Məhkəmə baxışı zamanı Saatlı rayonu Gomuşçu Bələdiyyəsinin sədri Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayonu Gomuşçu Bələdiyyəsinin 15 yanvar 2024-cü il tarixli, 01 nömrəli iclas protokolun surətini qanunvericiliyi bilmədiyi üçün 5 iş günü müddətində Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə təqdim etməmişdir. Sonda məhkəmədən köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Materiala əlavə edilmiş Saatlı rayonu Gomuşçu Bələdiyyəsinin mütləq təqdim edilməli olan 15 yanvar 2024-cü il tarixli, 01 nömrəli iclas protokolundan və poçt zərfindən görünür ki, Gomuşçu Bələdiyyəsinin sədri Şəxs mütləq təqdim edilməli olan 15 yanvar 2024-cü il tarixli, 01 nömrəli iclas protokolunun surətini qanunla müəyyən olunmuş müddətdən gec, yəni 25 yanvar 2024-cü il tarixdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə poçt vasitəsi ilə göndərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında 01 fevral 2024-cü il tarixli MN ******* nömrəli protokola obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, qeyd olunan inzibati xəta haqqında protokol və işin digər materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş Saatlı rayon Gomuşçu Bələdiyyəsinin sədri Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Saatlı rayon Gomuşçu bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-135/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-135/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver