Məhkəmə qərarları › İş №3(055)-138/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-138/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-138/2024 19.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayonunun Soltanabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 fevral 2023-cü il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(055)-442/2022 saylı icra sənədinin icrası ilə bağlı tələbkarların torpaq sahəsindən istifadəsinə mane olaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(055)-442/2022 saylı icra sənədinə əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN 1648, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2, X1, Zərərçəkmiş şəxs1, Səfərova (Bağırova) Nəzirə Nurəddin qızı, Həsənova (Bağırova) Ülkər Nurəddin qızı, X3 və Zərərçəkmiş şəxs2 ümumi birgə mülkiyyətlərinə verilmiş 1.56 hektar torpaq sahəsindən Şəxs qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması, həmçinin iddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumunun Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qərara alınmışdır. Şəxs 1.56 hektar torpaq sahəsindən qanunsuz istifadəsi dayandırılaraq sonuncu həmin torpaq sahəsindən çıxarılmış, həmçinin iddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu Şəxs tərəfindən tələbkara ödənilmişdir. Hazırda tələbkarlar Şəxs torpaqdan istifadəyə maneə törətdiklərini, torpaq sahəsinə su buraxmaqla istifadəyə imkan vermədiklərini bildirirlər. Odur ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(055)- 442/2022 saylı icra sənədinə əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN 1648, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2, X1, Zərərçəkmiş şəxs1, Səfərova (Bağırova) Nəzirə Nurəddin qızı, Həsənova (Bağırova) Ülkər Nurəddin qızı, X3 və Zərərçəkmiş şəxs2 ümumi birgə mülkiyyətlərinə verilmiş 1.56 hektar torpaq sahəsindən onun qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması, həmçinin iddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumunun ondan alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qərara alınmışdır.1.56 hektar torpaq sahəsindən çıxmış, həmçinin iddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumunu da tələbkara ödəmişdir. Onun tərəfindən torpaqdan istifadəyə maneə törədilməsi, torpaq sahəsinə su buraxılması barədə deyilənlər isə yalandır. Odur ki, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, borclu Şəxs mübahisə predmeti olan 1.56 hektar torpaq sahəsindən çıxmasına və iddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumunu ödəməsinə baxmayaraq torpaq sahəsinə su buraxmaqla hazırda torpaqdan istifadəyə maneə yaradır, nəticədə əkin işləri aparılması qeyri-mümkün olur. Dəfələrlə Şəxs qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, nəticəsi olmamışdır. Hazırda da Şəxs şikayətçidir. İcra sənədinin icra olunmasına köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə eyniməzmunlu izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslərin özlərinin də izahatı ilə müəyyən edildi ki, borclu Şəxs Saatlı Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(055)-442/2022 saylı icra sənədini tam şəkildə icra edərək həm 1.56 hektar torpaq sahəsindən qanunsuz istifadəsini dayandıraraq həmin torpaq sahəsindən çıxmış, həm də iddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumunu tələbkar Zərərçəkmiş şəxs2 ödəmişdir. Göründüyü kimi şəxs icra sənədinin icrasından yayınmamışdır. İşin müəyyən olunan bu halı artıq Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığını təsdiq edir. Həmçinin tələbkarlara izah olunur ki, əgər borclu Şəxs tərəfindən tələbkarlara məxsus torpaq sahəsinə su buraxılması və ya başqa üsullarla torpaqdan istifadəyə maneə törədilməsi halları mövcuddursa, bu, artıq hazırki icra sənədinin icrası çərçivəsində deyil, müstəqil iddia irəli sürülməklə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar