Məhkəmə qərarları › İş №3(055)-143/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-143/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-143/2025 23.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1983-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Bəylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 23 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində, yəni 23 yanvar 2025-ci il tarixdə Saatlı rayonu ərazisində “VAZ 21063” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən istifadə olunması nəticəsində təkrar olaraq sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. O, narkotik vasitə olan marixuanadan istifadə etməklə nəqliyyat vasitəsini idarə etdiyi üçün Saatlı Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli inzibati xəta haqqında qərarı ilə cərimə edilmişdir. Lakin, buna baxmayaraq 16 dekabr 2024-cü il tarixdə yenə də narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 23 yanvar 2025-ci ildə Saatlı şəhəri H.Əliyev prospektində sahibi olduğu “VAZ 21063” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol polisi əməkdaşı tərəfindən saxlanılmış və müvafiq tibbi yoxlama zamanı onun sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. O, barəsində olan inzibati xəta haqqında protokola etiraz etmir və bir daha belə qanun pozuntusuna yol verməyəcəyinə söz verir. Ona görə də əməlindən peşman olmasının nəzərə alınıb ona köməklik edilməsini xahiş etdi. İş materialında olan və məhkəmə iclasında elan edilmiş sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ vardır və “VAZ 21063” markalı, **-EL-*** dövlət nömrə nişanlı avtomobili onun adına qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan olunmuş Saatlı Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 3(055)-305/2024 saylı inzibati xəta haqqınnda iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materialında olan və məhkəmə iclasında elan edilmiş 23 yanvar 2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 291 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs razılığı ilə “VAZ 21063” markalı, **-EL-*** dövlət nömrə nişanlı avtomobil Saatlı rayon Polis Şöbəsin DYPB tərəfindən saxlanca qəbul edilmiş və Şəxs sidiyində TVC narkotik vasitə olan “tetrahydrokannabinol” aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs Şəxs 23 yanvar 2025-ci il tarixdə, Saatlı rayonu ərazisində “VAZ 21063” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Saatlı rayon Polis Şöbəsinin DYPB-nin polis əməkdaşı tərəfindən saxlanılmışdır. Aparılmış müvafiq tibbi yoxlama zamanı sürücü Şəxs sidiyində TVC narkotik vasitə olan “tetrahydrokannabinol” aşkar olunduqdan sonra sürücünün bir il ərzində təkrar olaraq avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etmiş olduğu xətaya görə səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmasını nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbsin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxxxx 1983-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Bəylər kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 23 yanvar 2025-ci il tarixdən saat 16:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar