Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-155/2023 06.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı Rayon Məhkəməsinin hakimi Abuşov İxtiyar Əliyar oğlu Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, M ü ə y y ə n e t d i m: xx xxxxxx 1984-cü il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat cərimə olunması barədə qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 23 yanvar 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İş materiallarından da göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat cərimə olunması barədə qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat cərimə olunması barədə qərarı icra etməmişdir. Buradan da görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə Saatlı Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə Cəbrayıl Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən belə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109,110, 128 və 130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: İxtiyar Abuşov
Məhkəmə qərarları › İş №3(055)-155/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-155/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver