Məhkəmə qərarları › İş №3(055)-160/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-160/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-160/2025 10.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 yanvar 2025-ci il tarixli, MN 19647212 nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Saatlı şəhəri A.Səhhət küçəsində Zərərçəkmiş şəxs məxsus 4 metr uzunluğunda hasarı təpiklə vurub uçuraraq ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı şəhəri Abbas Səhhət küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxsn Saatlı şəhəri X4 küçəsində yerləşən mərhum atası X1 onlara miras qalmış torpaq sahəsinə onlardan xəbərsiz və icazəsiz qoydurduqları dəmir qapını çıxarmış və xx.xx.2024-cü il tarixdə mişar daşından qapının yerinə hasar tikdirmişdir. xx.xx.2024-cü il tarixdə o və qardaşı Gülməmmədov Taleh ilə bir yerdə əlləri ilə həmin hasarı aşırdaraq uçurmuşlar. Daha sonra Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə yenidən həmin yerə mişar daşından hasar hörmüşdür. O, qardaşı Talehlə xx.xx.2024-cü il tarixdə yenidən həmin hasarı uçurmuşlar. Zərərçəkmiş şəxs əsassız olaraq iddia edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Hal-hazırda bu barədə Şirvan Apellyasiya Məhkəməsində işlərinə baxılır. Göstərilənlərə əsasən, inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 01 dekabr 2024-cü il tarixdə ona məxsus, hördüyü 4 metr uzunluqda hasarı Valeh və sonuncunun qardaşı Taleh Gülməmmədovlar təpiklə vurub uçurmuşlar və onu nalayiq söyüşlərlə söyüb təhqir etmişlər. Bu bardə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Valeh və Taleh Gülməmmədovlar tərəfindən onun hördüyü hasarın ucurulması nəticəsində ona 279 manat maddi ziyan dəymişdir. Hasarı hördüyü ərazi ilə bağlı onun mülkiyyət sənədi vardır. Valeh və Taleh Gülməmmədovlar onun torpağını zəbt etmişlər. Bununla bağlı hazırda Şirvan Apellyasiya Məhkəməsində işlərinə baxılır. Göstərilənlərə əsasən, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş 11 dekabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş və barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 09 dekabr 2024-cü il tarixli rəydən görünür ki, Saatlı şəhəri A.Səhhət küçəsi ev 2-də yaşayan Zərərçəkmiş şəxs inşa etdirdiyi 4 metr uzunluğunda 13 daş hündürlüyündə hörgünün 01 dekabr 2024-cü il tarixinə ərsəyə gəlməsi üçün orta bazar qiyməti ilə 279 mant pul xərclənmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Saatlı şəhəri A.Səhhət küçəsində Zərərçəkmiş şəxs məxsus hördüyü 4 metr uzunluğunda hasarı təpiklə vurub uçuraraq ona maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozisiyasına görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin maddənin qeyd hissəsinə görə bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi vardır və həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həddində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir mislinədək, yəni 279 (iki yüz yetmiş doqquz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar