Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-164/2025 31.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı şəhəri M.Müşfiq küçəsi, Döngə 1, ev 2-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 31 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(055)-1249/2023 saylı icra sənədinə əsasən 2678 manat borcu "xxxx" MMC-nin hesabına köçürməkdən yayınaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, işlədiyi dövrdə Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2023cü il tarixli 2(055)-1249/2023 saylı icra sənədi üzrə borcundan əmək haqqından tutulmuş, lakin ailəsində xəstə insanın olması, həmin şəxsin vəfat etməsi və daha sonra işdən çıxması həmin icra sənədi üzrə "xxxx" MMC-nin hesabına ödəməli olduğu 2678 manat borcu köçürə bilməmişdir. Hazırda Bakı şəhərində fəhlə işləyir və bundan sonra qazancından hər ay 100 manat pulu borcundan ödəyə bilər, amma hazırda onun ödəniş etməyə imkanı yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(055)-1249/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs cəmi 3433 manat borc və 55 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 06 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(055)-1249/2023 saylı icra sənədi üzrə borclu Şəxs əmək haqqından tələbkar "xxxx" MMC-nin hesabına 810 manat ödənilmiş, qalan 2678 manat borc ödənilməmiş qalmışdır. İş materiallarında olan borclu Şəxs Saatlı Rayon İcra və Probasiya Şöbəsinə vermiş olduğu 19 sentyabr 2024-cü il tarixli izahatından görünür ki, Şəxs "xxxx" MMC-nin hesabına 810 manat ödəmiş, ödənilməmiş qalan 2678 manat borcu isə hissə-hissə ödəməyə imkanı vardır. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(055)-1249/2023 saylı icra sənədinin icrası ilə bağlı cavabdeh Şəxs əmlakına baxış keçirilmiş və heç bir əmlak aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(055)-1249/2023 saylı icra sənədinə əsasən 2678 manat borcu «DOST FİNANS” MMC-nin hesabına köçürməkdən yayınaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün qismən etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 31 yanvar 2025-ci il tarixdən saat 12:10 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-164/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-164/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver