Məhkəmə qərarları › İş №3(055)-169/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-169/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-169/2024 07.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 mart 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 26 yanvar 2024-cü il tarixdə Saatlı rayon Qara Nuru kəndində ailə münaqişəsi zəmnində Zərərçəkmiş şəxs qəsdən vuraraq onu döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onu arvadını söydüyünü eşitmiş, bundan sonra Zərərçəkmiş şəxs çağırıb ondan niyə belə etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona yetərli cavab verməmiş, bundan sonra Fatiməni ev heyvanları saxladıqları yerə apararaq həmin heyvanları onun üçün saxladıqlarını, ondan ötrü əziyyət çəkdiklərini, bütün bunların əvəzində isə belə etməyinin yaxşı olmadığını demişdir. Bundan sonra Fatimə ağlayaraq ərinin ona xəyanət etdiyini demiş, onlar da bu məsələni araşdırmaq üçün evə getmişlər. O, həmin vaxtı, yəni 26 yanvar 2024-cü ildə Zərərçəkmiş şəxs döyməmiş, aralarında sadəcə mübahisə baş vermişdir. Həmin vaxt digər gəlini X3 da onların yanında olmuşdur. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs 26 yanvar 2024-cü il tarixdə onu və arvadını söydüyünü bəhanə edərək Saatlı rayon Qara Nuru kəndində ailə münaqişəsi zamanı şlankla onu vuraraq xəsarət yetirmişdir. Həmin vaxt qaynının arvadı X3 da onların yanında olmuşdur. X7 təhqiqat orqanında araşdırma aparılarkən Şəxs və Ağakişi Mövsümovun qorxusundan düzgün ifadə verməmişdir. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Hadisə baş verdiyi gün, yəni 26 yanvar 2024-cü il tarixdə o anası ilə birlikdə Sabirabad rayonunda olduqlarından hadisədən məlumatı olmamışdır. Atası Şəxs dindar adamdır, o heç vaxt gəlinlərini döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qaynatası, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qaynının arvadıdır. 26 yanvar 2024-cü il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs mübahisə edərkən onların yanında olmuşdur. Lakin o, Şəxs Zərərçəkmiş şəxs döydüyünü görməmişdir. İş materiallarına əlavə olunmuş 14 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-sinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 31 yanvar 2024-cü il tarixli 25 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol kürəkaltı nahiyədə, sol sağrının yuxarı bayır kavadrantında, sol budun aşağı 1/3-də bayır səthdə qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 26 yanvar 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş Saatlı rayon Polis Şöbəsinin 07 mart 2024-cü il tarixli arayışından görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin dəqiq, aydın, inandırıcı və özünəinamlı şəkildə verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Şəxs zərər çəkmiş şəxsi döymədiyini göstərsə də, bu hal iş materialları ilə təkzib olunur. Odur ki, məhkəmə Şəxs yuxarıda qeyd olunan və qeyri-səmimilik təəssüratı yaradan izahatını özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə hazırki mübahisə üzrə şahidlərin ifadələrinin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşmağa əsas verən halları, yəni şahidlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə mehriban münasibətləri və yaxın qohum olmaqlarını, həmin ifadələrə tənqidi yanaşmaq üçün əsas kimi müəyyən etməklə hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır,yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar