Məhkəmə qərarları › İş №3(055)-177/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-177/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-177/2024 15.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1997-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Əbilkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 mart 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 yanvar 2024-cü il tarixdə Saatlı rayonunun Əbilkənd kəndində qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 01 yanvar 2024-cü il tarixdə Saatlı rayonunun Əbilkənd kəndində şəxsi münasibətlər zəminində qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Bu səbəbdən də tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur. 01 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun anası ilə münaqişə yaratdığından sonuncunun yaşadığı evin həyətinə gedib Cavanşirlə sözlü mübahisə etmiş və yaxalaşmışlar. Lakin həmin vaxt Zərərçəkmiş şəxs döyməmiş, daşla vurmamışdır. Cavanşirin hansı şəraitdə xəsarət almasını bilmir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qonşusudur. Əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. 01 yanvar 2024-cü il tarixdə Şəxs onun həyətinə gələrək onun ünvanına nalayiq sözlər demiş, əlində olan mişar daşı parçası ilə onun çiyin, baş və ayaq nahiyəsinə xəsarət yetirmişdir.Bu zaman oğlu Firdovsi Ələsgəri həyətdən çıxarmışdır. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, 01 yanvar 2024-cü il tarixdə yaşadığı evdə olarkən Şəxs həyətə gələrək atası Firdovsinin ünvanına nalayiq sözlər demiş, əlində olan mişar daşı parçası ilə sonuncuya xəsarət yetirmişdir.Bu zaman araya girib çətinliklə Ələsgəri həyətdən çıxarıb qapını bağlamışdır. İş materiallarına əlavə olunmuş 16 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 02 yanvar 2024-cü il tarixli, 02 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər sol çiyin qurşağı proyeksiyasında, sol bazunun orta 1/3-də bayır səthdə, sol sağrının yuxarı bayır kvadratında qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 01 yanvar 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 15 mart 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi proses iştirakçılarının izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb edilməməsini və müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən halların olmasını və təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 faks: (02128) 5-32-83 www. Elektron ünvan № 3(055)-177/2024 “____” _________ 2024-cü il Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri cənab Araz Hüseynova Hörmətli Araz müəllim, Saatlı Rayon Məhkəməsi hakiminin Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə 15 mart 2024-cü il tarixli, 3(055)-177/2024 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qərarın icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: «02» vərəqə. Hörmətlə, Hakim Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar