Məhkəmə qərarları › İş №3(055)-178/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-178/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-178/2024 18.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X1 Mərkəzinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X1 Mərkəzi Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa, məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X1 Mərkəzi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında materialları və onlara əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X1 Mərkəzinin barəsində olan (055)-178/2024 və 3(055)-179/2024 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. İş materiallarından da göründüyü kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X1 Mərkəzinin barəsində olan (055)-178/2024 və 3(055)-179/2024 saylı inzibati xəta haqqında materiallara baxılması Saatlı Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olduğundan həmin materiallara eyni vaxtda baxılması üçün bir icraatda birləşdirilməli və həmin işlərə eyni vaxtda 3(055)-179/2024 saylı qeydiyyat nömrəsi ilə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məsəlləsinin 34 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X1 Mərkəzinin barəsində olan 3(055)-178/2024 və 3(055)-179/2024 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilsin və həmin materiallara eyni vaxtda 3(055)-179/2024 saylı qeydiyyat nömrəsi ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar