Məhkəmə qərarları › İş №3(055)-179/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-179/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-179/2024 28.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X5 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X5 Mərkəzinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Saatlı rayon Polis Şöbəsinin DYPB-nin sorğusunu aldığı vaxtdan 5 gün müddətində verməmişdir. Bundan başqa, məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X5 Mərkəzinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Saatlı rayon Polis Şöbəsinin DYPB-nin sorğusunu aldığı vaxtdan 5 gün müddətində verməmişdir. Göstərilən inzibati xəta haqqında protokollar 3(055)-178/2024 nömrə ilə və 3(055)-179/2024 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Qeyd olunanlara əsasən Saatlı rayon Məhkəməsinin 18 mart 2024-ci il tarixli 3(055)-178/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X5 Mərkəzinin barəsində olan 3(055)-178/2024 saylı və 3(055)-179/2024 saylı inzibati xəta haqqında materialın bir icraatda birləşdirilməsi və həmin materiallara eyni vaxtda 3(055)-179/2024 saylı qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X5 Mərkəzinin nümayəndəsi X2 izahatında göstərdi ki, 13 fevral 2024-cü il tarixində Saatlı X5 Mərkəzinin mülkiyyətində olan “KHAZAR MİNİK” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və “MİTSUBİSHİ L 200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Həmin nəqliyyat vasitələrinin sürücüləri barədə müvafiq məlumatların təqdim olunması barədə Saatlı RPŞ-nin 28 fevral 2024-cü il tarixli məktubları xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuşdur. Nəqliyyat vasitələrinin sürücüləri barədə məlumatlar Mərkəz direktorunun 13 mart 2024-cü il tarixli, 3-22-3-49/2-21/2024 və 13 mart 2024-cü il tarixli, 3-22-3-49/2-22/2024 saylı məktubları ilə Saatlı RPŞ-yə təqdim olunmuş, həmin tarixdə də qəbul edilmişdir. Nəqliyyat vasitələrinin sürücüləri barədə məlumatların 5 iş günü deyil, 5 təqvim günü müddətində Saatlı RPŞ-yə təqdim olunmasından məlumatsız olduqlarından, həmçinin həmin dövrdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin Saatlı rayonuna gəlişi ilə əlaqədar iş yükünün çox olması səbəbindən sorğu vaxtından gec icra olunmuşdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Saatlı RPŞ-nin DYPB-nin 28 fevral 2024-cü il tarixli məktublarından və poçt göndərişinin qəbul edilməsinə dair xəbərnamələrdən görünür ki, Saatlı X5 Mərkəzinin mülkiyyətində olan “KHAZAR MİNİK” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və “MİTSUBİSHİ L 200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri barədə məlumatların təqdim olunması barədə Saatlı RPŞ-nin 28 fevral 2024-cü il tarixli məktubları xx.xx.2024-cü il tarixdə Mərkəz tərəfindən qəbul edilmişdir. İşdə olan Saatlı X5 Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-22-3-49/2-21/2024 və 13 mart 2024-cü il tarixli, 3-22-3-49/2-22/2024 saylı məktublarından görünür ki, Saatlı X5 Mərkəzinin mülkiyyətində olan “KHAZAR MİNİK” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və “MİTSUBİSHİ L 200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri barədə məlumatlar 13 mart 2024-cü il tarixdə Saatlı RPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs mülkiyyətində və ya istifadəsində olan “KHAZAR MİNİK” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və “MİTSUBİSHİ L 200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri barədə məlumatları Saatlı rayon Polis Şöbəsinin DYPB-nin sorğusunu aldığı vaxtdan 5 gün müddətində deyil, 5 gündən gec, yəni13 mart 2024-cü il tarixdə Saatlı RPŞ-yə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X5 Mərkəzinin nümayəndəsi X2 izahatında nəqliyyat vasitələrinin sürücüləri barədə məlumatların 5 iş günü deyil, 5 təqvim günü müddətində Saatlı RPŞyə təqdim olunmasından məlumatsız olduqlarından, həmçinin həmin dövrdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin Saatlı rayonuna gəlişi ilə əlaqədar iş yükünün çox olması səbəbindən sorğunun vaxtından gec icra olunduğunu göstərsə də, məhkəmə bu halı özünümüdafiə məqsədilə verilmiş hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərin yüz əlli manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar