Məhkəmə qərarları › İş №3(055)-18/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-18/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-18/2024 11.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, xx xxx 1965-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayon “X5” MMC-də növbə rəisi vəzifəsində işləyən, Saatlı rayonu Gomuşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Saatlı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə 27 dekabr 2023-cü il tarixli qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 20 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Saatlı rayonu Gomuşçu kəndində yerləşən Saatlı rayon “X5” MMC-də növbə rəisi vəzifəsində işləyən Şəxs əməyin mühafizəsi qaydalarını (ona həvalə edilmiş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi) pozması nəticəsində ehtiyatsızlıqdan Saatlı rayon “X5” MMC-də fəhlə işləyən X1 az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və onlardan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən hesab edir ki, hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs X2 iştirakı olmadan da baxıla bilər. İşdə olan və məhkəmə iclasında elan olunmuş əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs “X5” MMC-də növbə rəisi vəzifəsində işləyir. Müqavilənin bağlandığı və işə başlama tarixi 05 aprel 2019-cu il, əmək müqaviləsinin qurtardığı tarix 31 dekabr 2023cü ildir. İşdə olan və məhkəmə iclasında elan olunmuş əmək müqaviləsi bildirişindən görünür ki, X4 “X5” MMC-də fəhlə işləyir. Müqavilənin bağlandığı və işə başlama tarixi 01 mart 2023-cü il, əmək müqaviləsinin qurtardığı tarix 31 dekabr 2023-cü ildir. İşdə olan və məhkəmə iclasında elan olunmuş “X5” MMC-də növbə rəisinin 01 iyun 2020-ci il tarixli vəzifə təlimatından görünür ki, vəzifə təlimatının “Vəzifə öhdəlikləri” başlığının 4 və 5-ci abzaslarında göstərilmişdir ki, bütün avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini həyata keçirir. Xammaldan, materiallardan düzgün istifadə olunmasına nəzarət edir, istehsalın gedişinə mane olan əngəlləri aradan qaldırır. İşdə olan və məhkəmə iclasında elan olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin 13 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9082 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayonu Gomuşçu kəndində yerləşən Saatlı rayon “X5” MMC-də istifadə olunan doğrayıcı qurğu idarəetmə panelindən söndürülmədən qurğuda təmizlik işinin aparılması, baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Maşın və avadanlıqların təmiri və texniki xidmətində təhlükəsizlik qaydaları”nın 173-cü bəndinin və "xxxx" MMC-nin “Növbə rəisi”nin vəzifə təlimatının “Vəzifə öhdəlikləri” başlığının 4 və 5-ci abzaslarının tələbləri pozulmuşdur. Qeyd olunan tələbləri Şəxs “X5” MMC-də növbə rəisi vəzifəsində işləyən Şəxs pozmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmuş 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, xx xxx 1965-ci il təvəllüdlü, “X5” MMC-də növbə rəisi vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA ETT” Birliyinin məhkəmə tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 371 saylı rəyi ilə müəyyən edilmişdir ki, Saatlı rayonu Gomuşçu kəndində yerləşən Saatlı rayon “X5” MMCdə fəhlə işləyən X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ əlin 2-3-cü barmaqlarının travmatik amputasiyası kəsici səthə malik alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla daimi itirilməsinə səbəb olduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 20 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Saatlı rayonu Gomuşçu kəndində yerləşən Saatlı rayon “X5” MMC-də fəhlə işləyən X4 doğrama sexində iş prosesi zamanı elektrik enerjisi verilişi dayandıqdan sonra sağ əli ilə maşının doğrama hissəsində biyan qalıqlarını təmizləmək istəyərkən qəfildən elektrik enerjisi verilişinin bərpa olunması ilə işə düşmüş qurğunun göstərilən hissəsində sağ əlinin qalması nəticəsində ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Baş vermiş hadisə ilə əlaqədar “Maşın və avadanlıqların təmiri və texniki xidmətində təhlükəsizlik qaydaları”nın 173-cü bəndinin və "xxxx" MMC-nin “Növbə rəisi”nin vəzifə təlimatının “Vəzifə öhdəlikləri” başlığının 4 və 5-ci abzaslarının tələbləri pozulmuş, həmin tələblərin pozulmasında məsul şəxs isə “X5” MMC-də növbə rəisi vəzifəsində işləyən Şəxs olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar