Məhkəmə qərarları › İş №3(055)-183/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-183/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-183/2024 27.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabirabad rayonu Qalaqayın kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 26 mart 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 25 mart 2024-cü il tarixdə 01 ədəd bükümdə 0,53 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək saxlaması aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Sabirabad rayonunda çöl sahədən narkotik vasitə olan qurudulmuş marixuananı tapmış və öz istifadəsi üçün saxlamışdır. 25 mart 2024-cü il tarixdə Sabirabad rayonundan olan Sənan adlı tanış taksi sürücüsü ilə həmin sürücünün maşınına əyləşərək Saatlı rayonuna gəlmişlər. Saatlı rayonu Dəllər kəndində polis əməkdaşları maşını saxlamışlar, onun üzərindən həmin narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilmişdir və o, 25 mart 2024-cü il tarixdə təxminən saat 3-ə qalmış tutularaq Saatlı Rayon Polis Şöbəsinə aparılmışdır. Həmin vaxtdan polis şöbəsində otaqda saxlanılır. 26 mart 2024-cü il tarixdə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərardan şikayət verilmə müddəti bitmədən onun barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Lakin o, həmin qərardan şikayət etməyəcəkdir. Özü ailəlidir və uşaqları vardır. Atası 20 Yanvar hadisələri zamanı şəhid olmuşdur. Hal-hazırda da etmiş olduğu həmin qanunsuz hərəkətə görə peşmandır. Ona görə də məhkəmədən ona köməklik olunmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 26 mart 2024-cü il tarixli 3-16-16/2-18/326 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «...Şəxs məxsus...» sözləri və imzalar olan kağız paketdə təmiz çəkisi – 1,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan 26 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs 25 mart 2024-cü il tarixdə saat 15:37 radələrində Saatlı rayonu Nərimankənd kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və Saatlı Rayon Polis Şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan Saatlı Rayon Polis Şöbəsinin 27 mart 2024-cü il tarixli, 102/2-5524 saylı arayışından görünür ki, Sabirabad rayonu Qalağayın kəndində yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. İş materiallarında olan 26 mart 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 mart 2024-cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 25 mart 2024-cü il tarixdə 01 ədəd bükümdə 0,53 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək saxlaması aşkar edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən qurudulmuş marixuananın (kannabisin) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi və saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) təmiz çəkisi 5 qramdan az olmuşdur, yəni aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) çəkisi xeyli miqdardan az olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 206-cı maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləc də cəzasını yüngülləşdirən halı nəzərə alıb onun barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından görünür ki, Şəxs 26 mart 2024-cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək cərimə cəzası onun barəsində olan 26 mart 2024cü il tarixli inzibati qaydada tutma protokolu nəzərə alınaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan dörd yüz manatadək məbləğdə cərimənin dörddə üçündən çox olmamalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi xalis çəkisi 0,51 qram narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) məhv edilməlidir. İş üzrə 31,95 manat ekspertiza xərci barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi xalis çəkisi 0,51 qram narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar