Məhkəmə qərarları › İş №3(055)-186/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-186/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-186/2024 08.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1969-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı rayonu Məzrəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 27 mart 2024 il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 19 fevral 2024-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolunda sürücü Şəxs idarə etdiyi “VAZ 21099” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobillə Saatlı şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolu ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən ara məsafəsi saxlamadığından avtomobilinin qabaq hissəsi ilə qarşıda, eyni istiqamətdə dayanmış vəziyyətdə olan sürücü X1 idarə etdiyi “Changan” markalı **-KK-*** dövlət nömrə nişanlı avtomobilin arxasını toqquşdurmuş, sonuncu avtomobil isə zərbənin təsirindən qarşıda, eyni istiqamətdə dayanmış vəziyyətdə olan sürücü X3 idarə etdiyi “VAZ 21074” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobilin arxası ilə toqquşmuşdur. Hadisə nəticəsində “VAZ 21099” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin X4 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır və həmin protokol üzrə özünü təqsirli bilir. Hal-hazırda taksi fəaliyyəti ilə məşğuldur və başqa iş yeri yoxdur. 7 nəfər ailə üzvü vardır, lakin ailənin yeganə qazanc gətirənidir. Ona görə də, onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması cəzasını deyil cərimə cəzasının tətbiq edilməsini xahiş edir. İş materialında olan 04 mart 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-yə verilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19 fevral 2024-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolunda sürücü Şəxs idarə etdiyi “VAZ 21099” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobillə Saatlı şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolu ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən ara məsafəsi saxlamadığından avtomobilinin qabaq hissəsi ilə qarşıda, eyni istiqamətdə dayanmış vəziyyətdə olan sürücü X1 idarə etdiyi “Changan” markalı **-KK-*** dövlət nömrə nişanlı avtomobilin arxasını toqquşdurmuş, sonuncu avtomobil isə zərbənin təsirindən qarşıda, eyni istiqamətdə dayanmış vəziyyətdə olan sürücü X3 idarə etdiyi “VAZ 21074” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobilin arxası ilə toqquşmuşdur. Hadisə nəticəsində “VAZ 21099” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin X4 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünü etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar