Məhkəmə qərarları › İş №3(055)-188/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-188/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-188/2024 03.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Heydər oğlunun iştirakı ilə xx xxxxxx 1974-cü ildə Cəbrayıl rayonunda kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Cəbrayıl rayonunun Maralyan kəndində qeydiyyatda olan, Saatlı rayonunun Nərimankənd kəndində yaşayan Şəxs barəsində Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 03 aprel 2024-cü il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 11 mart 2024-cü il tarixdə saat 16:30 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən bazarın qarşısından keçən mağistral yolda sürücülük hüququ olmadan özünə məxsus “Belarus 892” markalı ** BA *** dövlət nömrə nişanlı traktoru idarə edərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq arxadan eyni istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-UC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sürücü Şəxs avtomobilinə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, bərsində olan 26 mart 2024-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət deyildir. “Belarus 892” markalı ** BA *** dövlət nömrə nişanlı traktor özünə məxsus olsa da, traktoru idarə etmək üçün sürücülük hüququ yoxdur. 11 mart 2024-cü il tarixdə saat 16:30 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən bazarın qarşısından keçən asfalt yolda “Belarus 892” markalı ** BA *** dövlət nömrə nişanlı traktoru idarə edərkən dönmək istəmiş, həmin vaxt traktorunun sol təkəri onunla eyni istiqamətdə arxada hərəkətdə olan “Mercedes Benz” markalı **-UC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Mercedes Benz” markalı avtomobilə maddi ziyan vurmuşdur. Hazırda sürücü Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 26 mart 2024-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət deyildir. 11 mart 2024-cü il tarixdə saat 16:30 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən bazarın qarşısından keçən asfalt yolda “Mercedes Benz” markalı **-UC-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ondan qarşıda hərəkətdə olan “Belarus 892” markalı ** BA *** dövlət nömrə nişanlı traktorun sürücüsü Şəxs manevr etmə qaydalarını pozaraq dönmək istəyərkən traktorun sol təkəri onun idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin ön sağ hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilinə maddi ziyan dəymişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun avtomobilinə vurulmuş ziyanı ödədiyindən ondan şikayətçi deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 11 mart 2024-cü il tarixdə saat 16:30 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən bazarın qarşısından keçən mağistral yolda sürücülük hüququ olmadan özünə məxsus “Belarus 892” markalı ** BA *** dövlət nömrə nişanlı traktoru idarə edərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq arxadan eyni istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-UC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sürücü Şəxs maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünü etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, o cümlədən zərər çəkmiş şəxs ona vurulmuş ziyanın ödənilməsinə görə şikayətçi olmamamsını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 06:304, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar