Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-197/2024 09.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Famil oğlunun iştirakı ilə 11 dekabr 1996-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Smadakənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09 aprel 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 mart 2024cü il tarixdə, saat 12:00 radələrində Saatlı rayonu Smadakənd kəndi ərazisində çöl sahədə Zərərçəkmiş şəxs Famil oğlu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qarşılıqlı dalaşarkən sonuncunu yumruqla vuraraq qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 04 mart 2024-cü il tarixdə saat 12 radələrində Saatlı rayonu Smadakənd kəndi ərazisində çöl sahədə torpaq suvararkən Saatlı rayonu Nabatkənd kənd sakini Zərərçəkmiş şəxs Famil oğlu onun yanına gələrək süvardığı torpağı icarəyə götürdüyünü və həmin torpaq sahəsindən biyan kötüyü çıxaracağını demişdir. O, Zərərçəkmiş şəxs suvardığı torpağın ona aid olmadığını bildirdikdə Süleyman onunla mübahisə etməyə başlamış və əmisinin ünvanına nəlayiq ifadələr işlətmişdir. Budan sonra onların mübahisəsi qarşılıqlı dalaşmaya çevrilmiş və nəticədə o, Zərərçəkmiş şəxs yumruqla, Sülleyman Həsənov da, onu yumruqla vurmuşdur. Həmin vaxt orada olan Saatlı rayon Soltanabad kənd sakini X2 onları aralaşdıraraq sakitləşdirmişdir. Hal-hazırda da Zərərçəkmiş şəxs Famil oğlu ilə barışmır. Ona görə də, göstərdiklərinin nəzərə alıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Famil oğlu göstərdi ki, Saatlı rayonu Smadakənd kəndində yaşayan Şəxs tanıyır. O, Saatlı rayonunun Nabatkənd kəndində yaşasa da, Smadakənd kəndi ərazisində çöl sahdədə olan torpaq sahələrindən biyan kötüyünü çıxarıb yığaraq satır. 04 mart 2024-cü il tarixdə saat 12 radələrində biyan kötüyünü çıxarmaq üçün Saatlı rayonu Smadakənd kəndi ərazisində Polad adlı şəxsə məxsus olan torpaq sahəsinə gəlmiş və həmin torpaq sahəsində Şəxs biyan kötüyü çıxarmasına görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs onu yumruqla vuraraq döymüşdür. Bununla bağlı o, DİN-nin 102 zəng xidmətinə Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında şahid X2 göstərdi ki, Zərərçəkmiş şəxs Famil oğlunu və Şəxsni tanıyır, onlara qarşı heç bir ədavəti yoxdur. 04 mart 2024-cü il tarixdə, saat 12:00 radələrində Saatlı rayonu Smadakənd kəndi ərazisində çöl sahədə Şəxs ilə Zərərçəkmiş şəxs Famil oğlu torpaq sahəsindən biyan kötüyünün yığılması üstündə aralarında mübahisə yaranmış və onlar qarşılıqlı dalaşaraq bir-birlərini yumruqla vurmuşlar. Həmin vaxt o, Camalla Süleymanı aralaşdıraraq sakitləşdirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Sabirabad rayon şöbəsinin 12 mart 2024-cü il tarixli 54 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Famil oğlunun alt dodaqda qansızma, sağ mil bilək oynağının üst səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 04 mart 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 23 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 09 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 04 mart 2024-cü il tarixdə, saat 12:00 radələrində Saatlı rayonu Smadakənd kəndi ərazisində çöl sahədə Zərərçəkmiş şəxs Famil oğlu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qarşılıqlı dalaşarkən sonuncunu yumruqla vuraraq qəsdən döymüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-197/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-197/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver