Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-198/2025 04.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Saatlı rayon X4 yol polisi bölməsi yol-patrul xidməti baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 04 fevral 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs 04 fevral 2025-ci il tarixdə, saat 11:00 radələrində Saatlı rayonu ərazisində “VAZ 21061” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə olan marixunadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. 04 fevral 2025-ci il tarixdə, saat 11:00 radələrində Saatlı rayonu Qırağlı kəndi yolunda “VAZ 21061” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Saatlı rayon polis şöbəsinin yol polisi əməkdaşı tərəfindən saxlanılmış və tibbi yoxlamadan keçirilən zaman onun sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Həmin vaxt o, marixuanadan istifadə etmədiyini, soyuqdəyməsinə görə tablet dərman atdığını polis əməkdaşına bildirmişdir. Lakin, bununla bağlı tərtib edilmiş tibbi müayinə aktında və inzibati xəta haqqında protokolda öz xətti ilə yazmışdır ki, barəsində tibbi müayinənin nəticəsi ilə və inzibati xəta haqqında protokolla razıdır, etirazı yoxdur, tablet dərmandan və narkotik vasitə olan marixunadan istifadə etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Saatlı rayon X4 yol polisi bölməsi yol-patrul xidməti baş inspektoru, polis leytenantı X3 göstərdi ki, 04 fevral 2025-ci il tarixdə, saat 11:00 radələrində Saatlı rayonu ərazisində “VAZ 21061” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön dövlət nömrə nişanı olmadığı üçün saxlanılmışdır. Sürücü Şəxs sərxoş halda avtomobili idarə etməsi halı şübhəli olduğundan sürücü tibbi yoxlamadan keçirilmiş və onun sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bundan sonra sürücü Şəxs barəsində 04 fevral 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir. İş materialında olan və məhkəmə iclasında elan edilmiş 04 fevral 2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 434 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs razılığı ilə “VAZ 21061” markalı, **-EO-*** dövlət nömrə nişanlı avtomobil Saatlı rayon Polis Şöbəsin DYPB tərəfindən saxlanca qəbul edilmiş və Şəxs sidiyində THC narkotik vasitə olan “kannabis” aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs Şəxs 04 fevral 2025-ci il tarixdə, Saatlı rayonu ərazisində “VAZ 21061” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Saatlı rayon Polis Şöbəsinin DYPB-nin polis əməkdaşı tərəfindən saxlanılmışdır. Aparılmış müvafiq tibbi yoxlama zamanı sürücü Şəxs sidiyində THC narkotik vasitə olan “kannabis” aşkar olduqdan sonra sürücünün avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotok vasitə olan marixuanadan deyil, soyuqdəyməsinə görə tablet dərmandan istifadə etməsi barədə vermiş olduğu izahatını özünü müdafiə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оьлunun əməlində yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbsin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxx 1996-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək on beş gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 04 fevral 2025-ci il tarixdən saat 16:10 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-198/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-198/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver