Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-200/2024 29.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1950-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayonunun Kamallı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08 aprel 2024-cü il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 26 mart 2024-cü il tarixdə saat 22:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində sürücü Şəxs idarə etdiyi «VAZ 21099 Minik» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq X1 idarə etdiyi “Mercedes-Benz 190 Minik” markalı **-MG- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən «VAZ 21099 Minik» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin X7 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 26 mart 2024-cü il tarixdə saat 22:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində sürücü Şəxs idarə etdiyi «VAZ 21099 Minik» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq X1 idarə etdiyi “Mercedes-Benz 190 Minik” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən «VAZ 21099 Minik» markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin X7 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 göstərdi ki, 26 mart 2024-cü il tarixdə saat 22:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində Saatlı şəhərindən yaşadığı Saatlı rayonunun Potubəyli kəndinə evinə gedərkən Şəxs idarə etdiyi «VAZ 21099 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ona məxsus “Mercedes-Benz 190 Minik” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomobilinə maddi ziyan dəysə də, o və avtomobildə olan oğlu X4 xəsarət almamışdır. Hazırda şikayətçi deyildir və məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. İş materialında olan 05 aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin DYPB-yə verilməsi qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 04 aprel 2024-cü il tarixli 66 saylı rəyindən görünür ki, X5 müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol qulağın xarici seyvanının yuxarı 1/3-də yara küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan № 3(055)-200/2024 “____” ____________ 2024-cü il Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsi Şirvan RQİ və TBŞ-nin rəisi polis polkovnik-leytenantı cənab Anar Cəfərova Hörmətli Anar müəllim, Saatlı Rayon Məhkəməsinin Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə 29 aprel 2024-cü il tarixli, 3(055)-200/2024 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qərarın icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: «03» vərəqədə. Hörmətlə, Hakim Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-200/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-200/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver