Məhkəmə qərarları › İş №3(055)-202/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-202/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-202/2024 16.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Saatlı rayonunun Şirinbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 15 aprel 2024-cü il tarixdə Saatlı rayonunun Şirinbəyli kəndində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 16 aprel 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X6 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 15 aprel 2024-cü il tarixdə Saatlı rayonunun Şirinbəyli kəndində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşı raportla Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 15 aprel 2024-cü il tarixdə Saatlı rayonunun Şirinbəyli kəndində sərxoş vəziyyətdə olduğundan ünvansız nalayiq söyüşlər söysə də, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir.Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X1 izahatında bildirdi ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşıdır. 15 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə daxil olmuş məlumatla əlaqədar Şəxs yaşadığı ünvana getdikdə sonuncu sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Ona görə də, Kamranı məcburi qaydada Saatlı RPŞ-yə aparmışlar. Daha sonra Saatlı RPŞ-yə raportla müraciət etmiş və Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X2 izahatında göstərdi ki, Şəxs həm keçmiş kürəkəni, həm də bacısı oğludur. Onlar arasında tez-tez münaqişə baş verir. Şəxs tez-tez çoxlu miqdarda spirtli içki qəbul edərək münaqişə yaradır. Şəxs 15 aprel 2024-cü il tarixdə Saatlı rayonunun Şirinbəyli kəndində sərxoş vəziyyətdə onlarla münaqişə yaratdığından Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edilmişdir. Saatlı RPŞ-nin əməkdaşları həmin müraciətlə əlaqədar Saatlı rayonunun Şirinbəyli kəndində olarkən Kamran ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, polis əməkdaşları Kamranı məcburi qaydada Saatlı RPŞ-yə aparmışlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 15 aprel 2024-cü il tarixli 46 saylı protokolun surətindən görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 15 aprel 2024-cü il tarixdən saat 21:10 dəqiqədə inzibati qaydada həbs olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində olan həbs etmənin əvvəli tutulduğu gündən, yəni 15 aprel 2024-cü il tarixdən saat 21:10 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli tutulduğu gündən, yəni 15 aprel 2024-cü il tarixdən saat 21:10 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar