Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-203/2024 17.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən, Saatlı rayonunun Seyidlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17 aprel 2024-cü il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:20 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində sərxoş halda idarə etdiyi “X3 MİNİK” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydalarını pozaraq Zərərçəkmiş şəxs məxsus “Mercedes-Benz C180 Minik” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o həqiqətən də, xx.xx.2024-cü il tarixdə, saat 21:20 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində sərxoş halda idarə etdiyi “X3 MİNİK” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydalarını pozaraq yolun kənarında dayanmış Zərərçəkmiş şəxs məxsus “Mercedes- Benz C180 Minik” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:20 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində sərxoş halda idarə etdiyi “X3 MİNİK” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydalarını pozaraq ona məxsus olan və yolun kənarında saxladığı “Mercedes-Benz Minik” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyanın ödənilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilr və onun törətdiyi əməl düzgün olaraq İXM-in 333.3-cü maddəsi ilə tövsif olunmuşdur. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. 16 aprel 2024-cü il tarixli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan № 3(055)-203/2024 “____” ____________ 2024-cü il Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsi Şirvan RQİ və TBŞ-nin rəisi polis polkovnik-leytenantı cənab Anar Cəfərova Hörmətli Anar müəllim, Saatlı Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə üzrə 17 aprel 2024cü il tarixli, 3(055)-203/2024 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: “03” vərəqədə qərar, “01” ədəd BC409954 nömrəli sürücülük vəsiqəsi. Hörmətlə, Hakim Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-203/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-203/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver