Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-204/2025 06.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Protokol tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1998-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayonunun Şirinbəyli kəndində qeydiyyatda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 05 fevral 2025-ci il tarixdə, saat 16 radələrində ünvan 1 ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 05 fevral 2025-ci il tarixli, MN № ******* protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş X10 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. 05 fevral 2025-ci il tarixdə saat 16 radələrində Şəxs ünvan 1 ünvansız nalayiq söyüşlər söymüş, polisin xidməti fəaliyyətinə maneçilik törətmiş, polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bundan başqa, Saatlı RPŞ-də olarkən təkrarən ünvansız nalayiq söyüşlər söymüş, polisin xidməti fəaliyyətinə maneçilik törətmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşı raportla Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 05 fevral 2025-ci il tarixdə saat 16 radələrində ünvan 1 sevgi münasibətlərində olduğu X5 əsəbiləşdiyi üçün sonuncuya şillə vurmuş, Əsmər də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib ondan şikayət etmişdir. Həmin şikayətlə əlaqədar Saatlı RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gəlib araşdırma aparılacağını bildimişlər. O da əsəbi olduğu üçün onların tələbinə tabe olmamış, nalayiq ifadələr işlətmişdir. Bundan sonra Saatlı RPŞ-nin əməkdaşları onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan vaxt da əsəbi olduğu üçün polis əməkdaşının onun əl-barmaq izlərini götürməsinə mane olmuş, ünvansız nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X1 oğlu izahatında göstərdi ki, 05 fevral 2025-ci il tarixdə saat 16 radələrində Saatlı RPŞ-nin əməliyyat qrupunun tərkibində olan vaxt Saatlı rayon Şirinbəyli kənd sakini X8 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib Şəxs tərəfindən döyülməsini bildirmişdir. Həmin məlumatla əlaqədar digər polis əməkdaşları ilə birlikdə Saatlı rayonunun Şirinbəyli kəndinə getmişlər. Orada Şəxs ilə söhbət apararkən sonuncu ünvansız nalayiq ifadələr işlətmiş, dəfələrlə onu nizam-intizama dəvət etmələrinə baxmayar, onların qanuni tələbinə tabe olmamışdır. Bundan sonra onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Şəxs polis şöbəsində olarkən yenı də ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşının onun əl-barmaq izlərini götürməsinə mane olmuşdur. Odur ki, tərəfindən Şəxs barəsində raportla müraciət etmişdir. X2, X11, X6 və X21 digər X1nun izahatına uyğun izahat verdilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs 05 fevral 2025-ci il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və onun barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 05 fevral 2025-ci il tarixdən saat 18:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-204/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-204/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver