Məhkəmə qərarları › İş №3(055)-206/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-206/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-206/2025 07.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 09 oktyabr 2024-cü il tarixdə və 21 noyabr 2024-cü il tarixdə Saatlı rayonu Şirinbəy kəndində yaşayan həyat yoldaşı Ayşə İslamovanı qəsdən döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 09 oktyabr 2024-cü il tarixdə və 21 noyabr 2024-cü il tarixdə Saatlı rayonu Şirinbəy kəndində yaşayan həyat yoldaşı Ayşə İslamovanı qəsdən döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2021-ci ildə bibisi qızı İslamova Ayşə qızı ilə ailə həyatı qurmuş, birgə qeyri-rəsmi nikahdan iki övladları dünyaya gəlmişdir. Nikah dövründə onunla arasında mübahisə və münaqişə halları olmamışdır. 2024-cü ilin oktyabr ayının 9da Saatlı rayonu Şirinbəyli kəndində yerləşən babası Novruzəli İslamova məxsus olmuş, hal-hazırda kiçik əmisi Yaqub İslamovun yaşadığı evdə olarkən qızının evin qarşısında olan pilləkənlərdən yıxılmasına görə arvadı Ayşəyə iradını bildirmişdir. Lakin Ayşə ona cavab qaytardığı üçün sifət nahiyəsinə iki dəfə şillə vurmuşdur. O, da Ayşənin uşağa yaxşı baxmayacağına, uşağa laqeyd yanaşacağına görə uşaqlarını özü ilə götürüb Bakı şəhərində yaşadığı evə aparmışdır. Lakin sonradan 9 aylıq qızı Dünyaxatunun südəmər olmasina və ona baxmaqda çətinlik çəkdiklərinə görə baxması üçün Dünyaxatunu atası Feyruzla birlikdə Ayşənin yanına göndərmişdir. Həmin vaxtdan oğlu İslamxan onun yanında, qizi Dünayxatun isa anası Ayşənin yanında qalmışdır. xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, həmin gün aralarında yalnız söz mübahisəsi olmuşdur. Həmin gün o, Ayşəni döyməmişdir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 22 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 22 noyabr 2024-cü il tarixli 275 saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü X2 məhkəmə tibbi ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. Müayinə zamanı aşkar edilmiş xəsarətlər- sol tərəfli postravmatik otitlə müşayiət olunan, sol qulağın xarici seyvanının sırğalıq hissəsində, sol çənə bucağı proyeksiyasında, sağ gicgah nahiyəsində qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar