Məhkəmə qərarları › İş №3(055)-21/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-21/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-21/2024 24.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1972-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 29 dekabr 2023-cü il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 28 dekabr 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus bir baş inəyi nəzarətsiz qoymuş, nəticədə həmin heyvan Saatlı rayonunun Qara Nuru kəndi ərazisində yolun hərəkət hissəsinə çıxaraq həmin yolda hərəkətdə olan X1 idarə etdiyi «Mercedes-Benz E270 CDİ Minik» markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 28 dekabr 2023-cü il tarixdə saat 16 radələrində ona məxsus heyvanları nəzarətsiz qoymuş, nəticədə həmin heyvanlardan bir baş inək örüş sahəsindən evə geri dönərkən Saatlı rayonunun Qara Nuru kəndi ərazisində yolun hərəkət hissəsinə çıxaraq həmin yolda hərəkətdə olan X1 idarə etdiyi «Mercedes-Benz E270 CDİ Minik» markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobilə ziyan dəymişdir. Lakin güman edir ki, X3 avtomobili yüksək sürətlə idarə etdiyi üçün qəza baş vermişdir. Maddi imkanı olmadığından dəymiş ziyanı ödəyə bilməmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, 28 dekabr 2023-cü il tarixdə, saatı 16 radələrində idarə etdiyi «Mercedes-Benz E270 CDİ Minik» markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonunun Qara Nuru kəndi ərazisində hərəkətdə olarkən avtomobil yolunun üzərində bir çox xırda və iribuynuzlu heyvanların dayandığını görərək sürəti azaltmış, bu vaxt orada olan bir baş inək onun avtomobilinə tərəf gələrək avtomobilinin sol güzgüsünü sındırmış və nəticədə ona maddi ziyan vurulmuşdur. Sonradan heyvanın sahibinin Saatlı rayonunun Qara Nuru kənd sakini Şəxs olması məlum olmuşdur. Hazırda ona dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilməyib və bu səbəbdən də Şəxs şikayətçidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş üzrə materialda olan sübutları tədqiq edib və inzibati xəta haqqında işə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu (Malqara ötürənlərin vəzifələri) maddəsinə əsasən, mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. Azərbaycan Respublikası İXM-nin: 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100(bir yüz) manat cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar