Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-217/2025 14.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Hacıqasımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 334.1 və 334-1.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:51 radələrində Saatlı şəhəri M.Ağayev küçəsində “M” markalı nömrəsiz motosikileti sürücülük hüququ olmadan, narkotik vasitə qəbul etməklə və sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Şəxs barəsində İXM-in 334.1 və 334-1.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmədə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru polis baş serjantı X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 19:51 radələrində Saatlı şəhəri, M.Ağayev küçəsində “M” markalı motosikleti idarə edərkən Şəxs saxlatdırmışlar. Söhbət zamanı həmin şəxsdən spirtli içki iyi gəldiyindən, alkotester vasitəsilə yoxlanılmış və həmin şəxsin sərxoş olduğu müəyyən olunmuşdur. Daha sonra həmin şəxsin gözlərinin qırmızı olduğunu görüb narkotik vasitə qəbul edib-etməməsi soruşulmuş və şəxs narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Həkim narkoloqun yoxlaması zamanı da, şəxsin narkotik vasitə qəbul etdiyi təsdiq olunmuşdur. Buna görə də, Şəxs barəsində İXM-in 334.1 və 334-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü tam təqsirli bilərək göstərdi ki, xx.xx.2025-cü il tarixdə saat 18:45 radələrində, Saatlı şəhəri M.Ağayev M markalı nömrəsiz motosikileti idarə edərkən xarici işıq cihazlarından, dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə YPX-i əməkdaşları tərəfindən saxlanılmışdır. YPX-i əməkdaşı yaxınlaşıb saxlanılma səbəbini, hüquq və vəzifələrimi izah etdikdən sonra onun üzünün və gözünün qızarmasını ona deyərək sərxoş vəziyyətdə motosikilet idarə etməyə şübhələnib idarə etdiyi motosikiltlə birlikdə Saatlı RPŞ-nə dəvət olundu və orada nəfəs vermə üsulu ilə sərxoşluq müayinəsindən keçirildi, müayinənin nəticəsinə əsasən onda alkoqol sərxoşluqu aşkar olundu və müayinənin nəticəsi ilə razı olduğunu bildirdi. Daha sonra onu həkim narkoloq yoxlamış və yoxlama zamı onda narkotik səxoşluğu aşkar olunmuşdur. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 334.1 və 334-1.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:51 radələrində Saatlı şəhəri M.Ağayev küçəsində “M” markalı nömrəsiz motosikileti sürücülük hüququ olmadan, narkotik vasitə qəbul etməklə və sərxoş vəziyyətdə idarə etmişdir. İXM-nin 334.1-ci maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 334-1.1-ci maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 334.1 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 334.1 və 334-1.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 334-1.1-ci maddəsində daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasında səkkiz yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmaması nəzərə alaraq barəsində təqsirli bilindiyi İXM-in 334-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni xx.xx.2025-ci il tarixdən saat 16:40 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-217/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-217/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver