Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-219/2024 17.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə edilmişdir. X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 14 mart 2024-cü iltarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, 01 noyabr 2023-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək Saatlı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin direktoru vəzifəsində işləmişdir.Barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə edilməsi qanunsuzdur. Belə ki, Saatlı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə “Xəyal” şadlıq sarayı arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli 4 saylı müqaviləyə əsasən Saatlı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi icraçı olaraq sifarişçiyə, yəni “Xəyal” şadlıq sarayına məxsus ərazidə yerləşən tullantı meydançalarında, konteynerlərdə yığılmış istehsal sahələrindən çirkab sularının, çıxan bərk və məişət tullantılarının daşınmasını öhdəsinə götürmüş və müqavilə tələblərinə də əməl edilmişdir. Lakin tullantı yeri Saatlı Rayon İcra Hakimiyyətinin balansında olmaqla orada müvafiq şəraitin yaradılması Saatlı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən həayata keçirilə bilməzdi. Barəsində inzibati tənbeh tətbiq edilərkən qeyd olunan hal nəzərə alınmamışdır. Ona görə də göstərdiklərini nəzərə alınıb barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X8 izahatında göstərdi ki, X1 barəsində 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən Elçin Məmmədov 3500 manat cərimə edilmişdir. Lakin həmin qərar qəbul edilərkən tullantı yerinin Saatlı Rayon İcra Hakimiyyətinin balansında olması nəzərə alınmamışdır. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul edilməsinə etiraz etmir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə edilmişdir. İşdə olan Saatlı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə “Xəyal” şadlıq sarayı arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli 4 saylı müqavilədən görünür ki, icraçı(Saatlı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) sifarişçiyə(“Xəyal” şadlıq sarayına) məxsus ərazidə yerləşən tullantı meydançalarında, konteynerlərdə yığılmış istehsal sahələrindən çirkab sularının, çıxan bərk və məişət tullantılarının daşınmasını öhdəsinə götürmüşdür. Məhkəmə şikayətçi X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X7 dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə işin halları araşdırılarkən səlahiyyətli orqanın nümayəndəsinin də təsdiq etdiyi kimi, müəyyən edildi ki, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul qəbul edilərkən tullantı yerinin Saatlı Rayon İcra Hakimiyyətinin balansında olması nəzərə alınmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X1 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan vəvətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından və iş üçün əhəmiyyətli olan hallar sübuta yetmədiyindən, həmin inzibati xətanın törədilməsində X6 inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, şikayət təmin olunmaqla X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3500 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cumaddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3500 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-219/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-219/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver