Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-229/2025 20.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Saatlı rayonunun Dədə Qorqud kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 20 fevral 2025-ci il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 dekabr 2024cü il tarixdə saat 09:58 radələrində X10 kəndində həmkəndlisi X5 boğaz nahiyəsindən boğaraq dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 04 dekabr 2024-cü il tarixdə saat 09:58 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində həmkəndlisi X5 boğaz nahiyəsindən boğaraq, dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Saatlı rayonu, Dədə Qorqud kəndində yaşayır. Saatlı rayonu Əhmədbəyli kənd sakini X6 tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 09:20 radələrində yaşadığı Saatlı rayonu Dədə Qorqud kəndində Əli Əsgərova xəsarət yetirdiyini bildirdi. Lakin sonradan zərərçəkmiş şəxs X8 ilə barışmışdır. Hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:20 radələrində Şəxs mübahisə zamanı onu döymüşdür. Hal-hazırda Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X8 ilə barışmasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə zərər çəkmiş şəxsin izahatını dinləyib, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsaslanaraq belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-229/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-229/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver