Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-236/2023 20.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Saatlı şəhərində yerləşən "xxxx" MMC-də sürücü işləyən, Saatlı şəhəri M.Ə.Rəsulzadə 17-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 fevral 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 19 fevral 2023-cü il tarixdə, saat 11:45-də Saatlı şəhəri H.Əliyev prospektində tibbi müayinə zamanı Şəxs sidiyində marixuana aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı şəhərində yerləşən "xxxx" MMC-də sürücü işləyir. Heç vaxt narkotik vasitə olan marixuanadan istifadə etməmişdir. Lakin, 19 fevral 2023-cü il tarixdə saat 11:45-də çoxdan evində olan marixuananı tanışı X1 ilə birlikdə özünə məxsus olan “QAZ 31” markalı 49-Bd-300 dövlət nömrə nişanlı avtomobildə çəkərkən polis əməkdaşları onları yaxınlaşmış, həmin vaxt polislər onların marixuna çəkmələrindən şübhləndikləri üçün onlar tibbi müayinədən keçirilmiş və nəticədə onun sidiyindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Hazırda əməlindən peşmandır, himayəsində azyaşlı uşağı vardır, aildə yeganə qazanc gətirən şəxsdir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Bütün bunları nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında Saatlı rayon Polis Şöbəsinin PPXB-nin, polis nəfəri, polis serjantı X2 izahatında göstərdi ki, 19 fevral 2023-cü il tarixdə, saat 11:45-də Saatlı şəhəri H.Əliyev prospektində polis nəfəri, Seyidəli Ağayevlə xidmətdə olarkən “QAZ 31” markalı 49-Bd-300 dövlət nömrə nişanlı avtomobildə iki nəfər şəxsin marixuna çəkmələrindən şübhələndikləri üçün onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxslərin həqiqətəndə narkotok vasitə olan marixuna çəkmələrini bildikləri üçün onları Saatlı RPŞ-nə gətirmişlər. Aparılmış araşdırma zamanı həmin şəxslərin şəxsiyyəti müəyyən edilmiş və tibbi müayinə zamanı onların sidiyindən marixuna aşkar edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinə keçirilməsi haqqında 19 fevral 2023-cü il tarixli 40 saylı aktdan görünür ki, Şəxs sidiyində THC marixuana müayinəsi pozitivdir və qəbul etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 19 fevral 2023-cü il tarixdə tibbi müayinə zamanı Şəxs sidiyində THC marixuana aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi vardır və həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından görünür ki, Şəxs 19 fevral 2023-cü il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək cərimə cəzası onun barəsində olan 19 fevral 2023-cü il tarixli inzibati qaydada tutma protokolu nəzərə alınaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan dörd yüz manatadək məbləğdə cərimənin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib üç yüz manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İxtiyar Abuşov
Məhkəmə qərarları › İş №3(055)-236/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-236/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver