Məhkəmə qərarları › İş №3(055)-238/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-238/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-238/2024 25.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 aprel 2024-cü il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(055)-76/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və üzərində 1010 manat borcu vardır. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(055)-76/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 250 manat dəyərində-1 ədəd tək qaşlı qızıl nişan üzüyü, 650 manat dəyərində-1 dəst qızıl komplek (üzük, sırğa və zəncir ilə birlikdə), 110 manat dəyərində-1 ədəd qızıl nişan üzüyü, 1700 manat dəyərində-yataq mebel dəsti, 560 manat dəyərində-yorğan, yastıq, qılaf mələfə dəsti, 90 manat dəyərində-2 ədəd qalın odeyal, 50 manat dəyərində-1 ədəd taxt üstü, 90 manat dəyərində-1 ədəd taxt döşəyi, 100 manat dəyərində-4 ədəd yastıq, 280 manat dəyərində-8 ədəd qılaf mələfə dəsti, 40 manat dəyərində-8 ədəd əl-üz dəsmalı, 20 manat dəyərində-2 ədəd hamam dəsmalı, 30 manat dəyərində-1 ədəd dolça (6 ədəd fincanı ilə birlikdə), 10 manat dəyərində-1 ədəd soğan çəkən maşın, 70 manat dəyərində-1 ədəd DVD, 40 manat dəyərində-1 ədəd ev vintilyatorun, 32 manat dəyərində-1 ədəd güldan (7 gülü ilə birlikdə), 220 manat dəyərində- 1 ədəd 3x4 m xalça, 15 manat dəyərində-1 ədəd lampa, 50 manat dəyərində-5 ədəd suvenir ayı, 25 manat dəyərində-1 ədəd tefal qazan və ya sözügüdən əşyalar olmadıqda onların dəyəri alınıb iddiaçı X4 verilməli, eyni zamanda da, iddia qaldırılarkən ödənilmiş 50 manat dövlət rüsumu borclu Şəxs alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə Şəxs 654 manat borcu qalmışdır. O, dəfələrlə həmin icra sənədini icrasını Şəxs tələb etsə də, borclu icra sənədini tam icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(055)- 76/2023 saylı icra sənədinin icrasını xəstə olduğuna görə işləyə bilməməsi səbəbindən icra edə bilməmişdir. Hazırda tələbkarın borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Yaxın vaxtlarda imkan tapan kimi tələbkara olan borcunu ödəyəcəkdir.Ona görə də, göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(055)-76/2023 saylı icra sənədini üzrə borcun tam şəkildə ödənilməsini, əks təqdirdə Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini istəyir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə növündə tənbehin tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08(səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 aprel 2024-cü il, saat 12:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar