Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-244/2025 03.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Abbasov Emil Qüdrət oğlunun katibliyi ilə, Hüquqi şəxs «X2» ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs «X2» ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə 24 fevral 2025ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Mərkəzi Bank “X2” Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixli, 6-1-26/2-1206/2025 saylı məktub ünvanlayaraq Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 12273/2024 saylı və 6-1- 26/2-M-42-212026/2024 saylı məktubları ilə ASC-dən tələb edilən sənədlərin (səhmdar Nəsib Məmmədova dividend hesablanıb-hesablanmaması, hesablanmışsa ona hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, 2023-cü ilin nəticələri üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Nəsib Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd, Nəsib Məmmədova ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, ASC-nin 2023-cü ilin nəticələrinə görə səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin, həmin ilin nəticəsi üzrə maliyyə hesabatlarını, səhmdarların reyestrini, nizamnamənin surətini səhmdar Nəsib Məmmədova təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə məktubda göstərilmiş (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş)) Mərkəzi Banka təqdim edilməsini xahiş etmişdir. Tələb edilən sənədləri ASC məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və baarəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin nümyəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 fevral 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, Mərkəzi Bank “X2” Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixli, 6-1-26/2-1206/2025 saylı məktub ünvanlayaraq Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 12273/2024 saylı və 6-1-26/2-M-42-212026/2024 saylı məktubları ilə ASC-dən tələb edilən sənədlərin (səhmdar Nəsib Məmmədova dividend hesablanıb-hesablanmaması, hesablanmışsa ona hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, 2023-cü ilin nəticələri üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Nəsib Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd, Nəsib Məmmədova ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, ASC-nin 2023-cü ilin nəticələrinə görə səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin, həmin ilin nəticəsi üzrə maliyyə hesabatlarını, səhmdarların reyestrini, nizamnamənin surətini səhmdar Nəsib Məmmədova təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə məktubda göstərilmiş (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş)) Mərkəzi Banka təqdim edilməsini xahiş etmişdir. Tələb edilən sənədləri ASC məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs «X2» ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-12273/2024 saylı məktubdan görünür ki, Mərkəzi Bank tərəfindən X2» ASC-dən zəruri sənədlər (səhmdar Nəsib Məmmədova dividend hesablanıb-hesablanmaması, hesablanmışsa ona hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd), bundan əlavə 2023-cü ilin nəticələri üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Nəsib Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş)) 07 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs «X2» ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 26/2-M-42-21206/2024 saylı məktubdan görünür ki, Mərkəzi Bank tərəfindən X2» ASC-dən, Nəsib Məmmədova ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, ASC-nin 2023-cü ilin nəticələrinə görə səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin, həmin ilin nəticəsi üzrə maliyyə hesabatlarını, səhmdarların reyestrini, nizamnamənin surətini səhmdar Nəsib Məmmədova təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə 07 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs «X2» ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 6-1-26/2-1206/2025 saylı məktubdan görünür ki, hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, 6-1-26/2-12273/2024 saylı və 6-1-26/2-M- 42-21206/2024 saylı məktublarında qeyd olunan sənədlər Mərkəzi Banka təqdim edilmədiklərindən, həmin sənədlərin 05 (beş) gün ərzində Mərkəzi Banka təqdim etmələri xahiş olunmuş, əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, «X2» Açıq Səhmdar Cəmiyyəti 02 may 2007-ci il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ4928, Saatlı rayonu, Sarıcalar kəndidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 548.2-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «X2» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 12273/2024 saylı və 6-1-26/2-M-42-21206/2024 saylı məktubları ilə tələb edilən sənədləri və məlumatları Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X2» Açıq Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X2» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs «X2» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-244/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-244/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver