Məhkəmə qərarları › İş №3(055)-25/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-25/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-25/2023 19.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə xx xxxx 1989-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş 27 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 avqust 2022ci, 27 sentyabr 2022-ci, 10 oktyabr 2022-ci və 11 oktyabr 2022-ci ildə “LADA 21214” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əlehinə olan inzibati xətaları törətdiyi üçün İXP 4860560, EQ 11523322, EQ 11691276 və EQ 11705064 nömrəli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 346.1-ci, 328.1-ci və 328.1-ci maddələri ilə 40 manat, 20 manat, 10 manat və 10 manat cərimə olunması barədə qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin o, məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı Azərbaycan Respublikası DİN-nin “asanpay.az” edilmiş elektron çıxarışlardan görünür ki, İXP 4860560, EQ 11523322, EQ 11691276 və EQ 11705064 nömrəli qərarlarda göstərilən cərimələr ödənilmişdir və işə baxılmasının təxirə salınması haqqında ondan məhkəməyə vəsatət daxil olmamışdır. Məhəkmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhəkmə materiala əlavə edilmiş ödəniş qəbzlərini nəzərə alaraq hesab edir ki, Şəxs adına olan İXP 4860560, EQ 11523322, EQ 11691276 və EQ 11705064 nömrəli qərarlar üzrə olan cərimələr inzibati xəta haqqında iş üzrə qərar qəbul edilənədək ödədiyindən Şəxs 27 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Saatlı rayonu Qaracalar kəndində yaşayan xx xxxx 1989-cu il təvəllüdlü Şəxs 27 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar