Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-25/2025 21.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə xx.xx.1996-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Saatlı rayonu Azadakənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Cəbrayıl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs İXP ******* nömrəli protokol üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında iş üzrə materialı nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında 14 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol onu tərtib etmiş Cəbrayıl Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə baxılan 14 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol, Şəxs İXP ******* nömrəli protokol üzrə inzibati cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi əsası ilə tərtib olunmuşdur. Lakin, 14 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokola X2 barəsində İXP ******* protokol və həmin protokol əsasında tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əlavə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 14 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol Şəxs barəsində olsa da, protokola əlavə edilmiş sənədlər başqa şəxs, yəni X2 barəsində olan sənədlərdir. Beləliklə, inzibati xəta haqında material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Cəbrayıl Rayon Polis Şöbəsindən daxil olmuş 14 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(055)-25/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-25/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver